Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun istixana kompleksində pavloniya bitkisinin çoxaldılaraq yetişdirilməsinə başlanılıb. Çox sürətli böyüməsi ilə tanınan pavloniya ağacı ildə təxminən 3-4 metr boy atır. Az qulluq tələb edən bu ağac bir çox sahələrdə, xüsusilə mebel sənayesi və dekorativ bitkiçilikdə istifadə olunur.
Ölkəmizdə hələ çox tanınmayan pavloniya ağacının vətəni Çindir. Yaponiya, Avstriya, ABŞ, Vyetnam, Laqos, Tailand, Yeni Zelandiya, Malayziya, İtaliya, Avstriya və Fransa da daxil olmaqla dünyanın 40-dan çox ölkəsində geniş şəkildə becərilir. Ölkəmizdə qışın çox sərt keçdiyi yerlər istisna olmaqla, qovaq əkini aparılan yerlərdə bitir. Orta ömrü 70 il olan bir ağacdır.
Yarpaqları zülalla zəngin ağacın çiçəkləri bənövşəyi, ətirli, boruşəkilli və salxım şəklində olur. Bu gözəl çiçəkləri may ayında müşahidə etmək mümkündür. Pavloniyanın gövdəsi çox hamardır və taxtası çox qiymətlidir. Onun taxtası əyilmə və qırılma kimi təsirlərə çox davamlıdır.
Nazir Məcnun Məmmədov Neftçalada “Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub
26 May 2026
Cəbrayılın Horovlu, Xocalının Xanabad və Təzəbinə, Ağdərənin Suqovuşan kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbul müddəti uzadılıb
26 May 2026
AXA sədri Sərdar Hacıyev Balakən rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
26 May 2026
Qurban bayramı ilə əlaqədar heyvan satışı və kəsimi yerlərində profilaktiki tədbirlər görülüb
26 May 2026
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Daşkəsəndə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
26 May 2026