“AZƏRTAC”ın Kənd Təsərrüfatı Nazirliyi ilə birgə layihəsi: “Kəndbəkənd”
“2000-ci ildə orta məktəbi bitirdikdən sonra kənd təsərrüfatı ilə məşğul oluram. Əldə etdiyim uğurlar zəhmətimizin bəhrəsidir. İnsan qarşısına məqsəd qoyduğu zaman istəyinə nail olur. Hazırda təsərrüfatımızda kəndimizin 15 nəfər sakini işlə təmin olunub”. Bu fikirlərin müəllifi İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən kəndli-fermer təsərrüfatının rəhbəri Müşfiq Həsənovdur.
Fermer öz işini dövrün tələblərinə uyğun qurduğunu deyir: “Hər səhər təsərrüfata gələndə ilk işim tövlədə quraşdırılmış müşahidə kameralarının yaddaşına yazılmış görüntüləri kompüter vasitəsilə izləmək olur. Bu yolla heyvanların sutka ərzində durumu ilə tanış oluram. Sonra mal-qaranın yemlənməsi və digər təsərrüfat işlərini həyata keçirirəm. Bu gün hər bir fermer öz işini dövrün tələblərinə uyğun qurmağı və öz təsərrüfatının iqtisadi səmərəliliyini təhlil etməyi bacarmalıdır. Bir fermer kimi təsərrüfatçılara tövsiyəm budur ki, o, hər zaman öz üzərlərində çalışsınlar, öz peşələrini sevsinlər”.
Müşfiq Həsənov təsərrüfatda ətlik və südlük cins mal-qara bəslədiyini bildirir: “Təsərrüfatımızda əsasən südlük “Holşteyn” və ətlik “Simmental” cinsləri, həmçinin yerli mal-qara bəsləyirik. Buzovlarımız süni mayalama yolu ilə əldə olunub. Fermerlərə məsləhət görərdim ki, heyvandarlıq təsərrüfatında süni mayalanmaya üstünlük versinlər. Təsərrüfatımızın taxılbiçən kombaynı, yük maşını, traktoru, kotan, mala, kultivator kimi avadanlıqları, toxum və gübrəsəpən aqreqatları, müasir standartlara cavab verən anbarları, toxumtəmizləyən, dərmanlayan qurğuları, elevatoru var. Biz fermerlərin bir problemini də nəzərinizə çatdırmaq istəyirəm. Müasir kiombaynların arxasında doğrayıcı olur. Həmin doğrayıcılar samanı çöp halına salır və buda şum apararkən torpaqda doğranmış samanı təbii gübrəyə çevirir. Hər bir kombaynın arxasında doğrayıcının olması daha məqsədəuyğun olardı, fermerlər də daha kövşənliyi yandırmazdı”.
Qeyd edək ki, Müşfiq Həsənov aqrar sektorda əldə etdiyi uğurlara görə ötən il dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026