Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) təşkilatçılığı ilə onlayn formatda “Müasir aqrar və biologiya elmlərinin aktual problemləri: qlobal çağırışlar və innovasiyalar” mövzusunda onlayn beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd aqrar və biologiya elmləri sahəsində respublikamızın və dünyanın elmi-tədqiqat müəssisələrində çalışan tədqiqatçıları bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri və təcrübələri bölüşmək, mövcud problemləri beynəlxalq səviyyədə müzakirə etmək, onların həlli yollarına dair tövsiyələr verməkdir.
Onlayn formatda keçirilən beynəlxalq konfransda Azərbaycan və xarici ölkələrin elmi müəssisələrinin alim və mütəxəssisləri də daxil olmaqla 68 nəfər iştirak edib.
Konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri Rafail Quliyev açaraq beynəlxalq əməkdaşlığın əhəmiyyətlini vurgulayıb və aktual məsələlərdən danışıb.
Kənd Təsərrüfatı Nazirliyi “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdir müavini Fərman Kərimov respublikada aqrar sahəyə dövlət dəstəyindən, aqrar və biologiya elmləri qarşısında duran vəzifələrdən, beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb.
Çıxış edən alim və mütəxəssislər müasir aqrar və biologiya elmlərinin nailiyyətləri, aktual problemləri və innovasiyalar barədə danışıb və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
ƏETİ-nin direktoru Faiq Xudayev müasir dövrdə innovasiyaların ölkəyə gətirilməsi, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmamaq məqsədilə qarşıda duran vəzifələrin reallaşdırılması, alimlərin müasir dövrün çağırışlarına cavab verən tədqiqatlarının stimullaşdırılması istiqamətində mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsinin və bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurgulayıb.
Konfrans bitki seleksiyası və iqlim dəyişmələrinə adaptasiya, kənd təsərrüfatı istehsalında innovativ texnologiyaların tətbiqi, kənd təsərrüfatı və biotexnologiya, aqrotorpaqşünaslıq və əkinçilik, yemçilik və otlaq ekosistemlərinin dayanıqlı idarə olunması, kənd təsərrüfatı istehsalında iqtisadiyyatın elmi əsasları istiqamətləri üzrə paralel aparılan 2 bölmədə baş tutub.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
10 Sentyabr 2026
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026