Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində müstəqil ekspertlərin hazırlanması üzrə növbəti təlimlərə başlanılıb.
Xatırladaq ki, müstəqil aqrar sığorta ekspertlərinin hazırlanması prosesi 3 mərhələdən ibarətdir. Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 2 test imtahanında iştirak etməli və Aqrar Sığorta Fondunun ekspertlərinin təşkil etdiyi təlimlərdə iştirak etməlidirlər.
Artıq heyvandarlıq ixtisası üzrə ilk test imtahanından uğurla keçən namizədlər təlimləri başa vurublar. İyulun 26-da isə fondda bitkiçilik ixtisası üzrə namizədlərin təlimlərinə start veriləcək.
Qeyd edək ki, aqrar sığorta ekspertləri baytar, aqronom və əlaqəli ixtisaslardan olan namizədlərdən ola bilər.
Yeni tətbiq edilən aqrar sığorta mexanizmində mühüm yer tuturlar. Əkin sahələrinin, kənd təsərrüfatı heyvanlarının və balıqların sığortalanması zamanı ekspertlərin rəyi nəzərə alınır. Eləcə də, sığorta hadisəsi baş verərkən hadisəni araşdırmaq və dəymiş zərəri qiymətləndirmək də müstəqil ekspertlərin vəzifəsinə aiddir.
Müstəqil aqrar sığorta ekspertlərinin xidmətləri ödənişlidir - göstərdikləri xidmət müqabilində onlara Aqrar Sığorta Fondu tərəfindən xidmət haqqı, eləcə də təsərrüfatlara baxış üçün qət etdikləri məsafəyə görə yanacaq pulu verilir.
Aqrar sığorta mexanizmi inkişaf etmiş ölkələrdə müstəqil aqrar sığorta eksperti peşəsi olduqca gəlirli fəaliyyət sahəsi sayılır.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026