Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyada tələblərə cavab verən yeni hibrid formalarının yaradılması, qiymətləndirilməsi, perspektiv süfrə, kişmişi, texniki istiqamətli hibrid formaların seçilməsi və təsərrüfat əhəmiyyətli əlamətlər üzrə yaxşılaşdırılması işləri davam etdirilir. Stansiya əməkdaşları tərəfindən üzümçülük və şərabçılığın ixtisaslaşma xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə müxtəlif aqroekoloji şəraitdə yerli, introduksiya olunmuş üzüm sortlarının kəmiyyət və keyfiyyət parametrlərinin, texnoloji istifadə istiqamətlərinin tədqiq edilməsi istiqamətində tədqiqat işləri aparır.
Son vaxtlar stansiyanın seleksiyaçıları tərəfindən 250-dən çox azyayılmış və naməlum yerli üzüm sortları aşkar edilib öyrənilmiş, onların kolleksiyası salınmış, 40-dan artıq müxtəlif istiqamətli seleksiya hibrid formaları yaradılmışdır. 50-yə yaxın Amerika calaqaltıları öyrənilmiş, bunlardan 6-sının Gəncə-Qazax zonasına uyğun gəldiyi müəyyənləşdirilmişdir. Stansiyanın təcrübə sahəsində yeni əldə edilən “Azəri”, “Göygöl”, “Bəhrəli”, “Kəpəz” sortları dövlət reysterinə daxil edilərək rayonlaşdırılmış, “Şirəli”, “Gəncəvi” və “Emin” adı verilən yeni hibrid sortları isə sınağa təqdim olunmuşdur.
Aparılan bu tədqiqatlara beynəlxalq elmi mərkəzlər tərəfindən xüsusi əhəmiyyət verilib. Mərkəzi İspaniyanın paytaxtı Madriddə yerləşən “Ticarət liderləri klubu” təşkilatı Gəncə Üzümçülük və Şərabçılıq Stansiyasını “Beynəlxalq” prizə layiq görmüş, Meksikanın Qvadalaxara şəhərində keçirilmiş sərgidə isə “Almaz Ulduz” mükafatı təqdim olunmuşdur.
Eyni zamanda, stansiya əməkdaşları tərəfindən Gəncə-Qazax bölgəsində fəaliyyət göstərən fermerlərə aqronom xidmətləri göstərilir və maarifləndirmə işləri karantin günlərində fasiləsiz olaraq həyata keçirilir. Üzümçülük və şərabçılıqla məşğul olan fermer təsərrüfatlarına, özəl şirkətlərə bağların salınması, sortların düzgün seçilməsi, alaq otları, xəstəlik və zərərvericilərə qarşı mübarizənin təşkili, aqrotexniki tədbirlərin elmi əsaslarla tətbiq edilməsi istiqamətində lazımi məsləhətlər verilir. Atılan bu addımlar bölgədəki təsərrüfatlarda yüksək məhsuldarlığın əldə olunmasında öz tövhəsini verməkdədir. Hazırda stansiyada nadir, qiymətli yerli üzüm sorlarının (“Xindoqni”, “Bayanşirə”, “Təbrizi” və s.) və yeni hibrid formalarının (“Emin”, “Elmin”, “Kəpəz”, “Göygöl”, “Gəncəvi”, “Şirəli”, “Azəri” və s.) qorunub saxlanılması, səmərəli istifadəsi, becərilmə texnologiyası barədə tədqiqat işləri davam etdirilir. Stansiyada adları çəkilən üzüm sorlarından ibarət 1 hektar sahədə tinglik salınmış və 56 min ədəd bioloji baxımdan sortaməxsus çubuqlar əkilmişdir. Bu sortlardan əldə olunacaq tinglər gələcəkdə fermerlərə tövsiyə ediləcək və onlardan filloksera xəstəliyinə davamlı calaq-üzüm tinglərinin yetişdirilməsində istifadə ediləcək.
Yaz-tarla işlərinin aktiv dövrü olduğu üçün stansiyada bir sıra mövsümi işlər həyata keçirilir. “Xindoqnı”, “Bayanşirə”, “Təbrizi” sortlarının bioloji və genetik baxımdan təmiz formalarının seçilib artırılması məqsədilə bu sortların yaxşılaşdırılma proqramı həyata keçirilir, köhnə üzüm bağlarında və həyətyanı təsərrüfatlarda, stansiyadakı kolleksiya bağında sortların tənəkləri etiketlənib, aprobasiya aparılıb və cubuq tədarük olunub. Təsərrüfatın əməkdaşları tərəfindən əvvəlcədən əkin sahəsi təmizlənıb, torpaq becərmələri, aqrokimyəvi və meliorasiya işləri həyata keçirilib.
Göygöl rayonunda “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və rəsmi inkişaf yardım tərəfdaşlıq forumu” keçirilib
11 Oktyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Gürcüstanda beynəlxalq seminarda iştirak edib
11 Oktyabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Bərdədə vətəndaşları qəbul edəcək
10 Oktyabr 2024
Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq toxum sərgi–satış yarmarkası keçirilib
09 Oktyabr 2024
“Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
09 Oktyabr 2024