Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iti yoluxucu xəstəliklərə, o cümlədən quşların nyukasl xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. 2018-ci ilin 5 ayı ərzində nyukasl xəstəliyinə qarşı 13771427 baş quşda “H” ştammı, 19141907 baş cücədə isə “La-sota” ştammı ilə peyvəndləmə aparılmışdır. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri yekunlaşmaq üzrədir.
Nyukasl xəstəliyi quşların yüksək kontagioz (xəstəliyin kontaktda olan bir heyvandan digərinə keçməsi) virus xəstəliyi olmaqla respirator və visseral orqanların, mərkəzi sinir sisteminin zədələnməsi və yüksək tələfat verməsi ilə səciyyələnir.
KLİNİKİ ƏLAMƏTLƏRİ:
İnkubasiya dövrünün müddəti quş orqanizminin ümumi vəziyyətindən, virusun virulentliyindən, orqanizmə daxil olma yolundan və virusun miqdarından asılıdır. Adətən inkubasiya dövrü immuniteti olmayan quşlarda 3-7 gün çəkir. Passiv immuniteti olan quşların bədənində virus 18-30 gün qaldıqdan sonra xəstəlik törədə bilir.
Xəstəliyin iti gedişində quşların əvvəlcə baş və boynunda tüklərin pırpızlaşması, büzüşərək bir yerdə dayanması və məqsədsiz hərəkəti müşahidə edilir. Lakin quşlar çox vaxt dimdiyi ilə yem götürə bilmir. Növbəti mərhələdə quşların iştahası tamamilə pozulur və komotoz vəziyyətinə düşür, (baş və qanadları sallayaraq oturur, ağızlarından selikli maye axır, göy rəngdə ishal müşahidə olunur və quşlar xarici qıcıqlara etinasız olur) adətən ikinci, bəzən üçüncü gün tələf olurlar. Xəstəliyin yarım iti gedişində xəstə quşlarda əsəb və tarazlığın pozulması, səndələmə, dairəvi hərəkət, əsərək özündən getməsi, boynun əyilməsi, başın yana, yaxud geriyə burulması, ayaqların dartılması, barmaqların yığılması və s. müşahidə olunur. Çox vaxt qanad, quyruq, boyun və ayaqların iflici baş verir.
Broyler təsərrüfatlarında ciddi nəzarət və cədvəl üzrə peyvənd aparılmasına baxmayaraq, immunitetin pozulması nəticəsində xəstəlik quş sürüsündə gizli qala bilər və baş verərkən kütləvi tələfata səbəb ola bilər.
PROFİLAKTİKA VƏ MÜBARİZƏ TƏDBİRLƏRİ:
Xəstəlik keçirmiş və peyvənd edilmiş quşlar gərgin və uzunmüddətli immunitet qazanırlar. Qan zərdabında quşların yaşından, peyvəndləmə üsulundan asılı olaraq anticisimlər toplanır. Quşlarda fəal immunitet yaratmaq üçün peyvənddən istifadə edilir. Nyukasl xəstəliyinə qarşı istifadə olunan bütün vaksinlər inaktivasiya edilmişdir.
Bu baxımdan peyvəndləmənin intranasal (gözə və buruna damızdırma), yaxud aerozol üsulla aparılması səmərəlidir. Nyukasl xəstəliyinə qarşı hazırda ən geniş istifadə olunan “B1”, “La-Sota”, “Klon 30” və “H” ştammlarından hazırlanan diri və inaktivasiya (zəiflədilmiş) olunmuş vaksinlərdir. Onlar təlimat əsasında işlədilməlidir. Hazırda ölkəmizdə “H” və “”La-sota” ştammlarından istifadə edilir.
Nəzərdə tutlan tədbirlərə və quşçuluq təsərrüfatları (fermaları) üçün baytarlıq- sanitariya qaydalarına əməl olunmalıdır. Tədbirlərin əsasını profilaktiki peyvəndləmənin aparılması və immunitetin gərginliyinə nəzarət təşkil edir.
MÜALİCƏSİ:
Səmərəli müalicə vasitəsi yoxdur. Sənaye quşçuluğunda bütün xəstə quşlar infeksiyanın yayılmasına təhlükə yaratdıqları üçün məhv edilir. Simptomatiki müalicə məqsədəuyğun deyildir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən nyukasl xəstəliyinə görə epizootik vəziyyət sabitdir.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Xaçmazda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
16 Yanvar 2026
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib
16 Yanvar 2026
Nazir Məcnun Məmmədov İsraildə “Sea the future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində keçirilən Nazirlər Panelində çıxış edib
15 Yanvar 2026
Nazir Məcnun Məmmədov Qana Respublikasının balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Arturla görüşüb
15 Yanvar 2026
Azərbaycan nümayəndə heyəti İsrailin akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərinin fəaliyyəti ilə tanış olub
14 Yanvar 2026