Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən müəyyən olunmuş təlim proqramına uyğun olaraq ötən həftə ərzində fermerlərin maarifləndirilməsi davam etdirilib.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Lənkəran rayonunda keçirilmiş təlimdə 14 nəfər fermer, Masallıda 13 nəfər, Şəmkirdə keçirilmiş təlimdə 22 nəfər, Baytarlıq Elmi Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən Şəmkirdə təşkil olunmuş təlimdə 34 nəfər, Aqrar Xidmətlər Agentliyi tərəfindən Bərdə və İmişli rayonlarında təşkil olunmuş təlimdə isə 18 nəfər fermer iştirak edib.
Fermerlərə quşçuluqda yumurtalıq istiqamətli cücələrin bəslənmə texnologiyası, quşçuluq binalarında mikroiqlimin tənzimlənməsi qaydaları, taxıl əkinlərində zərərvericilərə və siçanabənzər gəmricilərə qarşı mübarizə tədbirləri, təhlükəsizlik qaydalarına əməl olunması, sahənin bitki qalıqlarından təmizlənməsi, dondurma sumunun aparılması, arata torpağın hazırlanması, alaq otlarına qarşı mübarizə tədbirləri, iribuynuzlu heyvandarlıqda dabaq və qarayara xəstəliklərinin profilaktikası haqqında məlumatlar verilib.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026