Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Ekspertiza Laboratoriya və Sertifikatlaşdırma Mərkəzinin Bioloji agentlərin istehsalı şöbəsi tətəfindən respublikanın bütün pambıqçılıq rayonlarında pambıq sovkasının təbii düşməni və zərərvericinin yumurtası ilə qidalanan parazit həşərat olan trixoqrammadan istifadə edilməklə pambıq sovkasının birinci nəslinə qarşı mübarizə tədbirləri aparılıb, ikinci nəslinə qarşı bioloji mübarizə tədbirlərinə hazırlıq işlərinə başlanılıb. Fermer və sahibkarların əvvəlki illərlə müqayisədə bioloji mübarizə üsuluna marağı daha da artıb.
Belə ki, Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən aparılan müşahidələrə əsasən pambıq sovkasının birinci nəslinin yumurtalarına qarşı iki dəfə trixoqramma ilə Ağdam rayonunda 1400 hektar, Ağcabədi rayonunda 800 hektar, Bərdə rayonunda 1200 hektar, Beyləqan rayonunda 2000 hektar, Tərtər rayonunda 380 hektar, İmişli rayonunda 2000 hektar, Kürdəmir rayonunda 900 hektar, Sabirabad rayonunda 2000 hektar, Saatlı rayonunda 600 hektar, Biləsuvar rayonunda 1000 hektar, Cəlilabad rayonunda 100 hektar, Goranboy rayonunda 200 hektar, Yevlax rayonunda 600 hektar, Zərdab rayonunda 1600 hektar, ümumilikdə 14780 hektar sahədə bioloji mübarizə həyata keçirilib.
Bioloji mübarizə üsullarından olan trixoqramma tüfeylisi Azərbaycanda Aqrar Xidmətlər Agentliyinin Ekspertiza Laboratoriya və Sertifikatlaşdırma Mərkəzinin Bioloji Agentlərin istehsalı şöbəsində çoxaldılır və tarlalara buraxılır. Trixoqramma olduqca kiçik, pərdəqanadlı həşərat olub 0,5-0,8 mm uzunluğundadır. Həşərat öz yumurtasını müxtəlif kəpənəklərin (pambıq sovkası, kələm kəpənəyi, payızlıq əkin sovkası, gövdə kəpənəyi) yumurtasının daxilinə qoyur. Tüfeylinin hər bir dişi fərdi 40-a qədər yumurta qoyur və yumurtadan çıxan sürfə zərərvericinin yumurtasının daxilini yeyərək məhv edir. Yumurta içərisində trixoqrammanın inkişafı 8-11 gün ərzində başa çatır.
Normativ texniki sənədlərə əsasən zərərverici orqanizmlərin hər nəslinə qarşı üç dəfə trixoqrammanın tətbiqi nəzərdə tutulur. Trixoqramma tüfeylisinin bioloji səmərəliliyi tətbiqindən 5 gün sonra və zərərli orqanizmlərin hər generasiyasının sonunda, təsərrüfat səmərəliliyi isə məhsul yığımının sonunda müəyyən olunur.
Trixoqrama vasitəsi ilə həyata keçirilən bu bioloji mübarizə üsulunun qarğıdalı, bostan bitkiləri və meyvəçilikdə də istifadə olunması məqsədəuyğundur. Bioloji agentlərdən istifadə kimyəvi preparatların tətbiqinin məhdudlaşdırılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur ki, nəticədə keyfiyyətli və təhlükəsiz məhsul əldə olunur.
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
17 Yanvar 2025
2024-cü ildə AFAQ layihəsi çərçivəsində 100 fermerə dəstək göstərilib
17 Yanvar 2025
Kənd Təsərrüfatı Nazirliyi “Ayın Fermeri” müsabiqəsini elan edir
17 Yanvar 2025
2024-cü ildə “Kənddən şəhərə” və Bal yarmarkalarında 50 bölgədən 422 fermer öz məhsulunu satışa çıxarıb
16 Yanvar 2025
Kənd Təsərrüfatı Nazirliyi və Vəkillər Kollegiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
16 Yanvar 2025