Fermerlərin maddi rifah halının yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin tapşırığına əsasən, pambıqçılığın dəstəklənməsi istiqamətində növbəti addım atılıb.
Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər Kənd Təsərrüfatı Nazirliyi ilə müzakirələr nəticəsində məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.
Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2022-ci ilin məhsulu üçün
1-ci növün qiyməti 750 manatdan 800 manata,
2-ci növün qiyməti 730 manatdan 780 manata,
3-cü növün qiyməti 690 manatdan 740 manata,
4-cü növün qiyməti 650 manatdan 700 manata qaldırılıb.
Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.
Qeyd edək ki, pambığın fermerlərdən alış qiyməti bu il ikinci dəfə artırılır. 2022-ci ilin yanvar ayında şirkətlər 2022-ci ilin məhsulu üçün alış qiymətlərini hər tona görə 50 manat qaldırmaq barədə qərar qəbul etmişdi.
Beləliklə, pambıqçı fermerlər bu il yetişdirdikləri məhsulun hər tonunu ötən ilə nisbətən 100 manat baha satacaq və xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.
Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödəniləcək.
Bu il Azərbaycanda 100 min hektardan artıq sahədə pambıq əkilib. Gələn aydan respublikada kütləvi pambıq yığımına start veriləcək.
COP29 çərçivəsində “Kənd Təsərrüfatı-Ərzaq Sistemində Ədalətli Keçid: COP29 Harmoniya Təşəbbüsü ilə Uyğun İnteqrasiya” mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024