Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarda pambıq əkini ilə məşğul olan fermerlər, təsərrüfat sahibləri, şirkət rəhbərləri ilə görüşlər keçirilib Görüşlərin əsas məqsədi, pestisidlərin tətbiqini həyata keçirən iş icraçıları, eləcə də təsərrüfat subyektlərinin rəhbərləri arasında təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, eləcə də pestisidlərlə işləyən zaman baş verə biləcək hadisələrin və şəxslərin zəhərlənməsinin qarşısını almaq və zəhərlənmə baş verdikdə ilk yardım göstərilməsinin üsul və vasitələrini izah etmək, bu sahədə mövcud vəziyyət birgə müzakirə etməkdir.
AXA-nın Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssislərinin iştirakı ilə kecirilən tədbirlərdə təsərrüfat subyektlərinin nümayəndələrinə, eləcə də pambıq sahələrində işləyən vətəndaşlara ilk olaraq, dərmanlamaya qədər və dərmanlamadan sonra aparılan təhlükəsizlik tədbirləri, həmcinin pestisidlərin təsirinə məruz qalan zaman ilk yardım ğöstərilməsi və digər məsələlər izah olunub.. İştirakçılara pambıq sovkasına qarşı mübarizə işinin təşkili, pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər, texniki təhlükəsizlik qaydaları və qoruyucu vasitələrdən düzgün istifadə olunması, eyni zamanda pestisidlərin tətbiqi zamanı insan orqanizminə və ətraf mühitə mənfi təsirinin qarşısının alınması haqqında məlumat verilib və praktiki məşğələlər keçirilib. Həmçinin çiləyici aqreqatların nizamlanması, pambıq bitkisinin becərilməsi zamanı aqrotexniki qulluq qaydalarının düzgün tətbiqi, yemləmə gübrələrinin verilmə qaydaları kimi vacib tədbirlər əyani şəkildə iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir iştirakçılarına bildirilib ki, pambıq sahələrində texniki təhlükəsizlik qaydalarına və tətbiq olunma təlimatına dəqiq, düzgün riayət edildikdə, istifadə olunan pestisidlərin ətraf mühit və insan sağlamlığına heç bir mənfi təsir etmir, əksinə pestisidlərdən düzgün istifadə məhsul itkisinin qarşısını alır, məhsulun əmtəəlik keyfiyyətini yaxşılaşdırır. Qeyd edilib ki, dərmanlardan istifadə zamanı xüsusi geyim formaları olmalı, pambıq sahəsində çalışan işçilər təhlükəsizlik qaydalarına əməl etməlidir. Kimyəvi mübarizə aparan şəxslər 4-5 gün öncə ərazi üzrə bitki mühafizəsi mərkəzinin mütəxəssislərinə, yerli icra nümayəndəliklərinə, bələdiyyələrə məlumat verməli, yaxınlıqda olan arıçılıq, baramacılıq ,heyvandarlıq təsərrüfatlarını xəbərdar etməlidirlər. Sahə dərmanlandıqdan sonra həmin sahənin kənarlarına xəbərdaredici nişanlar qoyulmalı və bir neçə yerdə qırmızı lentlər bağlanmalıdır.
İştirakçılara pambıq bitkisinin vegetasiyası müddətində pambıq zərərvericilərinə qarşı tətbiq olunan pestisidlərin tətbiqi zamanı qarşıda duran problemlər, pestisidlərin təlimata uyğun olaraq düzgün tətbiqi, məsarif normalarının düzgün müəyyənləşdirilməsi ilə bağlı tövsiyyələr verilib.
Görüşlər çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılıb, pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına dair təlimatlar həm təsərrüfat rəhbərlərinə, həm də pambıq sahəsində çalışan işçilərə təqdim olunub.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Xaçmazda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
16 Yanvar 2026
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib
16 Yanvar 2026
Nazir Məcnun Məmmədov İsraildə “Sea the future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində keçirilən Nazirlər Panelində çıxış edib
15 Yanvar 2026
Nazir Məcnun Məmmədov Qana Respublikasının balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Arturla görüşüb
15 Yanvar 2026
Azərbaycan nümayəndə heyəti İsrailin akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərinin fəaliyyəti ilə tanış olub
14 Yanvar 2026