Yazda yaylaqlara üz tutan heyvan sürüləri oktyabrın ilk günlərindən etibarən qışlaqlara qayıdırlar. Bütövlükdə Azərbaycan Respublikasında yaylaqdan qışlağa-Arana köç təxminən bir ay davam edir. Sürülər yol gələnə kimi heyvanların qışı keçirəcəyi tövlələr, yataqlar sahibkarlar tərəfindən mexaniki təmizlənir, baytar həkimlərin tövsiyə və iştirakı ilə həmin yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılır.
Bu tədbirlər yaylaqdan dönən heyvanların sağlamlığının, müxtəlif iti yoluxucu və invazion xəstəliklərdən qorunması məqsədilə aparılır və sürünün salamatlığına xidmət edir. Odur ki, heyvan sahibləri qışlaq ərazilərində və heyvanların qışı keçirəcəkləri tövlələrdə mexaniki təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılmasına xüsusi diqqət göstərirlər.
Belə tədbirlərdən biri də Kürdəmir rayonunun Yenikənd kəndində ərazisində yerləşən fermer Abıyev Fərhad Həsən oğluna məxsus təsərrüfatında aparılıb. Bu təsərrüfatda 600 baş xırdabuynuzlu heyvan saxlanılır. Profilaktik dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri 2000 kvadratmetr ərazidə “Almerdehyde” “Ektosan” və 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində səpilib. Bundan sonra heyvanlara ziyan verən və xəstəlik törədicilərinin yayılmasında mühüm rol oynayan həşəratlara qarşı kompleks mübarizə tədbiri olan dezinseksiya tədbiri aparılaraq obyekt təsərrüfat sahibinin istifadəsinə verilib.
Qeyd edək ki, kənd təsərrüfatı heyvanları saxlanılan, bəslənilən və satışı aparılan obyektlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 saylı qərarı ilə müəyyən edilmiş tariflərə uyğun aparılır.
Qeyd edək ki, cari ilin 10 ayı ərzində Dövlət Baytarlıq Xidmətinin Kürdəmir Rayon Baytarlıq İdarəsinin 13 sahə baytarlıq məntəqəsi Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq xüsusi təhlükəli infeksion xəstəliklərin qarşısını almaq üçün tədbirlər görüb və xroniki yoluxucu xəstəlikləri müəyyən etmək üçün diaqnostiki müayinələr aparıb. Belə ki, 63099 baş iribuynuzlu heyvanda, 133446 baş xırdabuynuzlu heyvanda, 1128 baş atda və 200 baş donuzda qarayara, 100 baş donuzda donuzların klassik taunu, 100007 baş iribuynuzlu heyvanda, 85962 baş xırdabuynuzlu heyvanda dabaq, 55877 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 4328 baş iribuynuzlu heyvanda, 1965 baş xırdabuynuzlu heyvanda leptospiroz, 105012 baş xırdabuynuzlu heyvanda çiçək, 13632 baş xırdabuynuzlu heyvanda, 6885 baş iribuynuzlu heyvanda bruselyoz, 5022 baş itdə quduzluq, 571674 baş yaşlı, 787868 baş cavan quşlarda nyukasl xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 11982 baş iribuynuzlu, 113 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.Bununla yanaşı, Kürdəmir rayonunda epididimit xəstəliyinə görə 2613 baş törədici qoç, vərəmə görə 3671 baş iribuynuzlu, manqoya görə 778 baş təkdırnaqlı heyvan diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.
Həmçinin rayon ərazisində 7160 obyekt, 206090 kvadratmetr ərazi dezinfeksiya edilib.
Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Dövlət Baytarlıq Xidməti bildirir ki, hal-hazırda ölkə ərazisində epizootik durum sabitdir və lazımi təşkilatı-təsərrüfat tədbirləri davam etdirilir.
Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq toxum sərgi–satış yarmarkası keçirilib
09 Oktyabr 2024
“Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
09 Oktyabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Samuxda vətəndaşları qəbul edəcək
09 Oktyabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov İmişlidə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
08 Oktyabr 2024
Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir
08 Oktyabr 2024