“Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksinə bu günlərdə yeni avropa mənşəli cins damazlıq heyvanlar gətirilib. “Murciana” keçiləri kompleksin xırdabuynuzlu heyvanlarının saxlama fermasında standartlara uyğun şəraitdə saxlanılır, qidalandırılır və baytar nəzarəti edilir. Karantin müddəti bitdiyinə görə artıq keçilərin satışına başlanılıb.
Bu heyvanların kompleksə gətirilib satılmasında əsas məqsəd xarici cins damazlıq heyvanların satışının təşkil edilməsi ilə bərabər fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdır.
Qeyd edək ki, vətəni İspanya olan “Murciana” keçiləri isti və quraqlıq iqlim şərtlərinə asanlıqla uyğunlaşa bilir. “Murciana” keçilərindən yüksək məhsuldarlıq əldə etmək mümkündür. Belə ki, diri çəkidə erkəklərdə ət məhsuldarlığı 50-60 kq, dişilərdə 30-50 kq, süd məhsuldarlığı 500 kq, laktasya müddəti 280 gün, yağlılıq faizi 5.3 %, protein faizi 3,4 % təşkil edir, südü əsasən pendir üçün daha uyğundur.
Qobustan Heyvandarlıq Nümayiş Kompleksində heyvanların 60% dövlət güzəşti ilə satışı təşkil edilir. Burada fermerlər heyvanlara baxış keçirərək, sərgi satış mərkəzində və auksionda hərraca qoşularaq da istədikləri heyvanları əldə edə bilərlər. Sərgi salonuna gələn ziyarətçilər ölkədə və Avropada satışda olan heyvanlar haqqında videoçarx və satış nümayəndələri vasitəsilə onların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanılma şəraiti barədə ətraflı məlumat əldə edə bilərlər. Həmçinin kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir ki, bu da bu müasir kompleksdə heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha asan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə, xidmətlərdə operativlik və şəffaflıq təmin edilir. Başqa sözlə, fermerlər bu qurumlara ayrı-ayrılıqda müraciət etmədən seçdikləri heyvana görə sənədləşdirmə işlərini bir gün müddətində həyata keçirərək ala bilir. Kompleks həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Kompleksdə heyvanlar və satış haqqında məlumatın verilməsi üçün 1659 satış mərkəzi də fəaliyyət göstərir.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
10 Sentyabr 2026
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026