Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən təşkil olunan regional müşavirədə Dövlət Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri və bölgə fermerləri iştirak edib.
Müşavirədə tingçiliyin elmi əsaslarla inkişafı, yeni intensiv bağların salınması, becərilməsi, damcı suvarma üsulunun tətbiqi, ting istehsalı, tinglik əkinlərə aqrotexniki qulluq, intensiv bağların salınmasında tinglərə tələbatın yerli istehsal hesabına ödənilməsi məsələləri müzakirə olunub. Bununla yanaşı, bölgə fermerləri burada innovativ metodlarla ting istehsalı və becərmə texnologiyaları ilə əyani tanış olmaq imkanı qazanıblar.
Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdiri Qərib Novruzlu “Tinglik əkinlərə aqrotexniki qulluq və tingçiliyin elmi əsaslarla inkişafı”, ”Tinglərin sertifikatlaşdırılmasının standartlara uyğun aparılması” mövzularında məruzə ilə çıxış edərək son zamanlar bu sahədə həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, yeni innovativ texnologiyaların tətbiqinə, həmçinin toxumçuluğun və tingçiliyin inkişafına dövlət qayğısı göstərilir, bir çox sahələrdə güzəştlər tətbiq olunur. Məruzədə qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli tingə tələbatının daxili istehsal hesabına ödənilməsi olduğu qeyd edilib.
Tədbirdə diqqətə çatdırılıb ki, Azərbaycanda 12 regional toxum sertifikatlaşma mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər, müasir avadanlıqlarla təchiz edilərək fermerlərin istifadəsinə verilib.
Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdirinin müavini Murtuzəli Hacıyev “Respublikada tingçiliyin inkişafında yeni innovativ texnologiyaların tətbiqi və qarşıda duran vəzifələr”, Quba Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin direktoru Xanməmməd Məmmədov “Bölgədə ting istehsalının mövcud vəziyyəti, problemlər və həlli yolları” mövzularında çıxış ediblər.
Qarşılıqlı müzakirələrlə keçən müşavirədən sonra tədbir iştirakçıları Quba Regional Aqrar Elm mərkəzinin və ting istehsalı ilə məşğul olan fermerlərin tinglik sahələri ilə əyani tanış olublar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
09 Oktyabr 2026
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub
09 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Naxçıvanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
08 Oktyabr 2026
Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri həyata keçirilir
08 Oktyabr 2026
Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib
08 Oktyabr 2026