Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) quşçuluqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, quşçuluqda çox geniş yayılmaqla, təsərrüfatlara böyük iqtisadi zərər verən parazitar xəstəliklərdən biri də toyuqların askaridiozudur. Quşçuluqda askaridioz xəstəliyinin qarşısını almaq üçün fermerlər, sahibkarlar və quşçuluqla məşğul olan insanlar aşağıda qeyd olunan tövsiyələrə əməl edərlərsə, quşlar arasında baş verə biləcək askaridioz xəstəliyinin qarşısını almış olarlar.
Qeyd edək ki, askaridioz xəstəliyinə ev toyuqları, hind toyuqları, quluxarlar və bəzən qazlar, ördəklər də tutulurlar.
Askaridioz xəstəliyinə ən çox cücələr həssasdırlar. Bir yaşdan yuxarı toyuqlar yaxşı yemləndikdə və bəsləndikdə askaridioz xəstəliyinə yoluxmurlar. Askaridlər toyuqların bağırsağında 9-12 ay yaşayır və xarici mühitə tökülməklə ilin isti aylarında 6-6,5 aya qədər yaşaya bilirlər.
Yağış qurdları (soxulcanlar) askarid sürfələrini öz bədənində gəzdirir və quşların askaridilərlə yoluxmasında aralıq sahib kimi iştirak edirlər.
Askaridiozun baş verib yayılmasına quşların saxlanma, bəslənmə texnologiyası da təsir göstərir. Qəfəslərdə saxlanan quşlar yaşından asılı olmayaraq helmintlərlə yoluxmurlar.
Askaridilə yoluxmadan 10—14 gün sonra cücələrin pipiyi solğunlaşır, selikli qişalar anemiyalaşır. Həzm prosesi pozulur, qəbizlik və ya ishal baş verir, qanadları aşağı düşür. Cücələr arıqlayırlar, zəifləyir və xəstəliyin 14-cü gününədək tələf olurlar. Yemdə A və B vitaminlərinin çatışmaması cücələrin askaridioza qarşı müqavimətini azaldır və onlar daha tez yoluxurlar.
Adi quşçuluq fermalarında askaridiozun geniş yayılması üçün daha əlverişli şərait olduğuna görə belə təsərrüfatlarda vaxtlı-vaxtında profilaktika tədbirləri aparılmalıdır. Gəzinti sahələri və quş damları təmiz saxlanmalı, quş damlarının döşənəkləri quru olmalıdır.
Döşənəklər və quşların ifrazatı biotermiki və termiki üsulla zərərsizləşdirilməlidir. Binalar və avadanlıqlar müntəzəm olaraq dezinfeksiya edilməlidir. Quş damlarının girəcəyində dezobaryerlər düzəldilməlidir. Düşərgə şəraitində quş damlarının yeri hər il dəyişdirilməlidir. Cavan quşlar yaşlı quşlardan ayrı saxlanmalıdır. Quşları keyfiyyətli yemlərlə yemləmək lazımdır.
Yem anbarlarına vəhşi quşların daxil olmasına yol verilməməlidir.
Toyuqlarda askaridioz və heterakidoz xəstəlikləri çox vaxt yanaşı baş verir. Buna görə də askaridlərə qarşı müvafiq dərman preparatları qarışıq formada tətbiq edilir. Bu dərman qarışığı ən çox yoluxma dövründə quşlara həftədə bir dəfə yemlə yedizdirilir.
Xəstəliyin qarşısını almaq məqsədilə cavan quşlar mütləq dehelmintizasiya edilməlidir. Profilaktiki dehelmintizasiyalar quşçuluq fabriklərində xəstəlik aşkar edildikdə, ailə fermalarında hər ay, zəif yoluxma zamanı isə hər 2-3 aydan bir təşkil edilməlidir.
Müalicəvi dehelmintizasiya xəstəlik baş verəndə aparılır və hər 25-30 gündən bir təkrar edilir.
Askaridioza qarşı dehelmintizasiya piperazin, tetramizol, fenben- dazol, febantel, albendazol (atazol, alben və s.) ilə aparılır.
Askaridioz və heterakidoz qarışıq getdikdə dehelmintizasiya piperazinin, yaxud tetramizolun fenotiazinlə qarışığı, fenbendazol, febantel ilə aparılır. Preparatlar quşlara səhər yemi ilə verilir.
Piperazin tozu hər kq d/ç 0,5 q hesabı ilə 2 gün dalbadal;
Fenbendazol askaridoza qarşı hər başa bir dəfəyə 5 mq 2 gün dalbadal, askaridioz-heterakidoz qarışıq invaziyasında isə hər başa 10 mq hesabı ilə 2 gün dalbadal.
Tetramizol - hər başa 40 mq hesabı ilə azacıq isladılmış yemlə 2 gün dalbadal.
Febantel - bir dəfədə hər başa 5 mq 2 gün dalbadal, askaridioz və heterakidoz qarışıq getdikdə hər quşa 10 mq hesabı ilə 2 gün.
Albendazolun vermi tan 20%-li qranul forması 0,5 q (10 mq/kq albendazol) hesabı ilə dalbadal 3 gün müddətində yemlə verilməlidir.
Askaridioz və heterakidoz qarışıq invaziyasında piperazin-fenotiazin qarışığı 4 aylığa qədər cavanların hər başına 0,5 q piperazin, 0,3 q fenotiazin, 4 aylıqdan yuxarı yaşda olanların hər birinə bir dəfədə piperazin 0,5 q, fenotiazin 0,7 q 2 gün dalbadal verilməlidir. Göstərilən qarışıq invaziyada tetramizol və fenotiazin qarışığı 4 aylığa qədər quşlara hər başa müvafiq olaraq 40 və 300 mq, 4 aylıqdan böyüklərə isə 40 və 500 mq dozada 2 gün dalbadal verilməlidir.
Rayetinozla yoluxma gəzinti sahəsi geniş olan iri quşçuluq təsərrüfatlarında qeyd olunur. Qarışqaların çox yayıldığı ərazilərdə saxlanan toyuqlarda yoluxma daha intensiv olur.
Rayetinoza görə salamat olmayan təsərrüfatlarda ferma ərazisi təmiz saxlanmalı, həftədə bir dəfə mexaniki təmizlənmədən sonra binalar, gəzinti sahələri 3-5%-li kreolin emulsiyası yaxud ksilont-5 ilə hər m2 sahəyə 1-2 1 hesabı ilə dezinvaziya edilməlidir. Hər gün toplanan peyin biotermiki üsulla zərərsizləşdirilməlidir. Ferma ətrafı sahədə qarışqaların yaşaması şəraitini məhdudlaşdıran tədbirlər aparılmalıdır. İldə 2 dəfə - yazda və payızda profilaktiki və müalicəvi məqsədlə dehelmintizasiya aparılır. Qarışqaların yoluxmasının qarşısını almaq və gələcəkdə invaziya mənbəini ləğv etmək məqsədilə yaşlı toyuqlar qış aylarında bir dəfə dehelmintizasiya edilməlidirlər.
Rayetinoza qarşı fenasal və bitional preparatları tətbiq olunur. Fe- nasal 200 mq/kq hesabı ilə 2 gün dalbadal yemlə verilir. Quşların ses- todozlarında albendazol təsiredici maddə kimi 10 mq/kq hesabı ilə işlədilir. Ona görə də vermitanm 20%-li qranulu hər kq-a 1,5 q hesabı ilə 3 gün dalbadal tətbiq olunur.
Bitional 200 mq/kq hesabı ilə 4 gün fasilə ilə 2 dəfə yemlə verilir.
Hər dəfə dehelmintizasiyadan sonra quşlar 2 gün müddətində damda saxlanır və ixrac olunmuş peyin toplanaraq zərərsizləşdirilir.
Quşların askaridiozuna qarşı profilaktik-müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Təsərrüfat sahiblərinin və quşçuluq təsərrüfatlarında çalışanların bir daha nəzərinə çatdırırıq ki, quşlarda, xüsusilə körpə cücələrdə yuxarıda qeyd edilən əlamətlər müşahidə edildikdə və quşlarda ümumi halsızlıq zamanı mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, quşlarda askaridioz xəstəliyinə qarşı aparılan profilaktika və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024