2018-ci ilin son ayları və 2019-cu ilin yanvar ayının ilk ongünlüyundə iqlim şəraitinin mülayim keçməsi, yağıntıların məhdud olması respublika ərazisində siçanabənzər gəmiricilərin artması ilə müşayiət olunub. Bununla əlaqədar olaraq, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən kənd təsərrüfatı sahəsində məhsul itkisinin qarşısının alınması məqsədi ilə respublika ərazisində gəmiricilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir, eləcə də mübarizə tədbirlərinin aparılmasında kənd təsərrüfatı məhsulu istehsalçılarına yaxından köməklik göstərilir.
Respublikanın bir çox rayonlarında, o cümlədən Ağdam, Ağcəbədi, Qax, Oğuz, Şamaxı, Qobustan, Şəmkir, Şəki, Cəlilabad, İmişli, Zaqatala, Tovuz və Samuxun əkin sahələrində gəmiricilərlə yüksək sirayətlənmə aşkar edilib və bu ərazilərdə lazımı mübarizə tədbirləri həyata keçirilir.
Belə ki, Şəki rayonu üzrə ümumilikdə 3370 ha sahədə müşahidələr aparılaraq 3120 ha sahədə sirayətlənmə aşkar edilib. Rayonda 2800 ha sahədə kimyəvi mübarizə aparılıb. Yanvar ayının 10-a qədər isə, ümumilikdə 1210 ha sahədə siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə aparılıb. Oğuz rayonu üzrə sözügedən dövrdə gəmiricilərə qarşı 800 ha sahədə müşahidə aparılaraq, 400 ha sahədə sirayətlənmə aşkar edilib. Rayon cəmi 250 ha sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Şəmkir rayonunda 2980 ha sahədə müşahidələr aparılaraq 1735 ha əkin sahəsində gəmiricilərin yayılması müəyyən olunub. Həmçinin Samux rayonunda 1046 ha sahədə müşahidələr aparılaraq, 620 hada sirayətlənmə müəyyən edilib. Zaqatala rayonunun 7 kəndin əkin sahələrində də gəmiricilərələ bağlı müşahidələr aparılıb. Bu rayonda 1500 ha sahənin adıçəkilən zərərvericilərlə sirayətlənməsi müəyyən edilərək 600 haa yaxın ərazidə mübarizə işləri aparılıb. O cümlədən Ağcəbədi rayonun 11 365 ha ərazidə müşahidələr aparılaraq 2900 hada sirayətlənmə aşkar edilib. Bu rayonun bələdiyyələrində 7630 ha ərazidə müşahədə aparılıb və 3360 ha sahədə sirayətlənmə aşkar edilib. 185 ha sahədə mexaniki, 445 ha sahədə isə kimyəvi mübarizə aparılıb. Bundan başqa İmişli rayonu üzrə 7500 ha sahədə müşahidələr aparılıb və 4800 ha sahədə sirayətlənmə aşkar edilərək 1300 ha sahədə gəmiricilərə qarşı mexaniki mübarizə işləri aparılıb. Cəlilabad rayonu ərazisində 7220 ha sahədə müşahidələr aparılaraq, 6000 ha sahədə sirayətlənmə aşkar edilib. 1750 ha sahədə sirayətlənmə aşkar edilib və hazırda bu sahələrdə kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Tovuz rayonunda 3200 ha sahədə müşahidələr aparılaraq, 970 ha sahədə sirayətlənmə aşkar edilib və kimyəvi mübarizə tədbirləri həyata keçirilir.
Qeyd edək ki, respublikanın digər rayonlarında da siçanabənzər gəmiricilərlə bağlı müşahidə və mübarizə tədbirləri həyata keçirilməkdədir. Sicanabənzər gəmiricilərlə mübarizə aparılarkən pestisidlərin tətbiqi zamanı təhlükəsizlik qaydalarına riayət olunması barədə maarifləndirmə tədbirləridə həyata keçirilir, təsərrüfat subyektlərinin sahibləri təlimatlandırılır.
Ümumilikdə siçanabənzər gəmiricilərə qarşı müşahidə və mübarizə işləri Respublika Bitki Mühafizəsi Mərkəzinin və rayon Dövlət Aqrar İnkişaf Mərkəzlərinin mütəxəssislərinin nəzarətindədir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024