Hazırda aqrar sektorda fəaliyyət xüsusi karantin rejiminin tələblərinə uyğun davam etdirilir. Yaz-tarla işlərinin gedişatı ilə bağlı mövcud vəziyyəti dəyərləndirmək və carı tapşırıqların icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti şöbələri tərəfindən mütəmadi videokonfranslar keçirilir.
Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi tərəfindən təşkil olunan növbəti videokonfransda “Respublikada taxıl əkinlərinin vəziyyəti və qarşıda duran vəzifələr” mövzusu müzakirə olunub. Videokonfransda şöbə müdiri Rafail Quliyev, Kürdəmir, Ağstafa, Ağsu, Göygöl, Qazax, Tovuz, Şəki, Ağdaş, Ucar, Ağsu, Göyçay rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, Aqrar Xidmətlər Agentliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun rəhbərləri və mütəxəssisləri iştirak edib.
Videokonfransda bildirilib ki, 2019-cu ilin payızında taxıl bitkilərinin səpini üçün iqlim şəraitinin əlverişsiz keçməsinə baxmayaraq ümumilikdə respublikanın rayonlarında 2020-ci ilin məhsulu üçün optimal müddətdə 640 min hektarı buğda, 369 min hektarı arpa olmaqla 1009,0 min hektarda dən üçün payızlıq taxıl bitkiləri əkilib, əvvəlki il ilə müqayisədə əkin zamanı gübrələrdən istifadə artaraq 55 min tona çatdırılıb, taxıl əkinlərində 35-40% növbəli əkin sistemindən istifadə olunub. Hazırda taxıl sahələrində bitkilərin inkişafı qənaətbəxş səviyyədədir.
Videokonfransda suvarma suyu ilə təminat, növbəli əkin sxemlərinə, dəmyə bölgələrdə herik saxlanmasına üstünlük verilməsi və mümkün olan ərazilərdə kənd təsərrüfatı bitkilərinin (qarğıdalı, soya, günəbaxan, qarabaşaq və s.) təkrar əkinlərinin aparılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, videokonfransda taxıl sahələrində alaq otlarına, xəstəlik və ziyanvericilərə qarşı aparılan aqrotexniki tədbirlərlərin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılıb.
Nazir Məcnun Məmmədov Qarabağda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
18 May 2026
Nazir Məcnun Məmmədov Şuşada vətəndaşlarla görüşüb
15 May 2026
Fiziki və hüquqi şəxslərə məxsus istehsal və saxlama yerlərində fumiqasiya tədbirləri davam etdirilir
15 May 2026
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
15 May 2026
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb
15 May 2026