“Göygöl rayonunda yerləşən Respublika Süni Mayalanma Mərkəzi Cənubi Qafqazda analoqu olmayan bir mərkəzdir. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var”. Bu fikirlərin müəllifi Respublika Süni Mayalanma Mərkəzinin direktoru Ramiq Abbasovdur.
Onun sözlərinə görə, hazırda respublikanın bütün bölgələrində süni mayalanma mütəxəssisləri fəaliyyət göstərir: “Mütəxəssislər və məntəqələrimiz azot və toxumla təmin olunub. Bu gün iri fermer təsərrüfatları ilə sıx əlaqələr qurulub və təsərrüfatlar süni mayalanma tədbirlərini həyata keçirmək üçün mərkəzlə müqavilə bağlayıblar”.
Ramiq Abbasov Mərkəzdə 6 cins üzrə 36 baş heyvanın saxlandığını deyib: “Heyvanlar artıq yerli mühitə adaptasiya olunublar. Mərkəzdə dünyanın ən məşhur iribuynuzlu heyvan cinslərindən olan “Holşteyn”, ətlik cinslərdən “Şarole”, südlük-ətlik cinlərdən “Şvis”, ətlik-südlük cinslərdən “Simmental” inəklərinin törədiciləri bəslənilir. Heyvanlar əsasən Almaniyadan gətirilib və törədicilərdən yüksək keyfiyyətli toxum əldə olunur. Bu törədicilərdən toxum əldə etmək üçün mütəxəssislərimiz xüsusı təlimlərdə iştirak ediblər. Bildiyiniz kimi, hazırda ölkəmizdə süni mayalanma yolu ilə alınan buzovlara görə 100 manat subsidiya verilir. Bu səbəbdən fermerlərimizin öz təsərrüfatlarında süni mayalanma tədbirlərinin aparılmasına marağı daha da artıb”.
Ramiq Abbasovun sözlərinə görə, Respublika Süni Mayalanma Mərkəzi ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayır. Mərkəzin fəaliyyəti yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaradacaq.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026