Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Ucar rayonundakı Şirvan Təcrübə Stansiyasının torpaq sahəsində fermerlər üçün pambığın innovativ texnologiya ilə əkini və becərilməsinə həsr olunan seminar keçirilib.
Kürdəmir, Ucar, Ağsu, Ağcabədi, Zərdab və Yevlax bölgələrindən pambıqçılıqla məşğul olan 40 nəfərədək fermerin, rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorlarının iştirak etdikləri tədbirdə kənd təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, nazirliyin təhsil təlim şöbəsinin müdiri İmran Cümşüdov, bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Rəfail Quliyev, habelə Çin Xalq Respublikasından gələn mütəxəssislər - Lin Xinan, Tu Qinan və Vung TianZuo yeni texnologiyanın üstünlükləri barədə danışıblar.
Seminarda sahənin lazer mala ilə hazırlanması əməliyyatı nümayiş olunub. Hazırda Çində tətbiq edilən bu texnologiyanın üstünlükləri barədə məlumat verilərək bildirilib ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır. Nəticədə isə məhsuldarlıq artır.
Nazirliyin şöbə müdiri İmran Cümşüdov bildirib ki, bu ildən respublikamızda ilk təcrübə kimi pambığın innovativ texnologiya ilə əkini və becərilməsi həyata keçiriləcək: “Bu gün burada 10 hektar sahədə Çin texnologiyası əsasında pambıq əkininə hazırlıq işləri görülür. Bizim ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq sahə lazer mala ilə hazırlanıb. Damcılı suvarma sistemi qurulacaq. Cərgə arası 90 santimetr olmaqla 2 sırada əkin aparılacaq ki, hər hektarda 200-220 min bitki olacaq. Bizim ənənəvi üsulla apardığımız əkində isə 100-110 min bitki olur. Yeni texnologiya ilə fermer hər hektardan 50-60 sentner məhsul götürə biləcək. Halbuki, bizdə bu rəqəm 16-17 sentner olur”.
Seminarda yeni texnologiyanın tətbiqi ilə əlaqədar fermerlərin sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026