Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pambıqçılıq üzrə ixtisaslaşmış rayonlarda pambıq əkini ilə məşğul olan fermerlər və təsərrüfat sahibləri üçün keçirilən maarifləndirici təlimlər davam etdirilir.
İyul ayının 3-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin sektor müdiri Murtuzəli Hacıyev Salyan və Neftçala rayonlarında növbəti təlim keçiblər.
Açıq tarla şəraitində keçən təlimdə Salyan Rayonu Kənd Təsərrüfatı İdarəsinin əməkdaşları, fermerlər, torpaq mülkiyyətçiləri, “MTK” MMC və “CTC” MMC-nin mütəxəssisləri, aqronomlar və mexanizatorlar iştirak ediblər.
Təlim zamanı pambıq sahələrində pambıq sovkasına qarşı mübarizə işinin təşkili, pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər, texniki təhlükəsizlik qaydaları və qoruyucu vasitələrdən düzgün istifadə olunması, eyni zamanda pestisidlərin tətbiqi zamanı insan orqanizminə və ətraf mühitə mənfi təsirinin qarşısının alınması haqqında geniş məlumat verilib.
Murtuzəli Hacıyev pambıq bitkisinin becərilməsi, əkindən sonra aqrotexniki qulluğun göstərilməsi, sahələrdə zərərvericilərə qarşı müşahidə işlərinin düzgün təşkili və digər mövzularda iştirakçılara tövsiyyələr verib.
Daməd Sultanov pambıq bitkisinin vegetasiyası müddətində pambıq zərərvericilərinə qarşı tətbiq olunan pestisidlərin tətbiqi zamanı qarşıda duran problemlər, pestisidlərin təlimata uyğun olaraq düzgün tətbiqi, məsarif normalarının düzgün müəyyənləşdirilməsi ilə bağlı mexanizatorlara və fermerlərə tövsiyyələr verib.
Tədbirin sonunda iştirakçılara həyata keçirilən tədbirlər zamanı texniki təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı müvafiq tövsiyyələr verilib, pestisidlərin düzgün tətbiqi ilə bağlı təlimatlar, pestisidlərin tərkib mexanizminə uyğun olaraq insanların sahələrə buraxılması müddəti ilə bağlı əyani vəsaitlər və bukletlər iştirakçılara təqdim olunub və təlimatlarda göstərilən təhlükəsizlik tədbirlərinə riayət olunması istiqamətində fikir mübadiləsi aparılıb.
“Kənd təsərrüfatı işçiləri günü” münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
30 Oktyabr 2026
Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb
29 Oktyabr 2026
Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin noyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
29 Oktyabr 2026
Saatlıda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
29 Oktyabr 2026