Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Salyanda Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə cari ilin 28 fevral tarixində “Aqrar sahədə yeni dövrün çağırışları və gənc alimlər qarşısında duran vəzifələr” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda gənc alim və mütəxəssislərlə yanaşı könüllülər, fermerlər, kənd təsərrüfatı məhsulu istehsalçıları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini İlham Bəşirov Salyan rayonunun ölkənin ümumi kənd təsərrüfatı məhsulunun istehsalındakı payı, rayonun kənd təsərrüfatının inkişafında rol oynayan prioritet istiqamətlər, cari təsərrüfat ilində payızlıq taxıl əkinlərin mövcud vəziyyəti, qarşıda duran vəzifələr barədə konfrans iştirakçılarına məlumat verib.
Sonra çıxış edən Əkinçilik Elmi-Tədqiat İnstitutunun direktoru Cavanşir Təlai konfransın məqsədi, kənd təsərrüfatının ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti, ölkə prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamla təsdiqlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” ”Dövlət Proqramı”nın, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsindəki rolu, institutda gənc tədqiqatçılar tərəfindən aparılan tədqiqat işlərinin nəticələri haqqında danışıb. Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əli Novruzov, Əkinçilik Elmi-Tədqiat İnstitutunun Cəlilabad Bölgə Təcrübə Stansiyasının direktoru Hüseynağa Feyzullayev rəhbərlik etdikləri müəssisələrin qarşısında duran vəzifələr, toxumçuluq fəaliyyəti, fermerlərin maarifləndirilməsi ilə əlaqədar aparılan informasiya məsləhət xidmətləri, cari ildə keçiriləcək tədbirlər haqqında ətraflı məlumat veriblər.
Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bitki seleksiyası şöbəsinin elmi işçisi Zöhrab Qəribov “Aqrar sahənin inkişafında asan kənd təsərrüfatı modelinə dair dünya praktikası”, kiçik elmi işçisi Röya Əsgərli “Gənc alimlərin kənd təsərrüfatının inkişafında rolu”, torpaq və bitki analizləri laboratoriyasının kiçik elmi işçisi Rəhilə İslamzadə “Müasir kənd təsərrüfatında innovativ üsullarla əkinçiliyin təşkili”, davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin kiçik elmi işçisi Tarıverdi İslamzadə “Kənd təsərrüfatında ekoloji təmiz məhsul istehsalında gənc mütəxəssislərin rolu” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlarda asan kənd təsərrüfatı modelinə dair ABŞ, Çin Xalq Respublikası, Avropa ölkələrinə məxsus nümunələr, payızlıq taxıllarda səmərəli gübrə normalarının əhəmiyyəti, üzvi əkinçiliyin üstünlükləri, innovativ texnologiyaların rəqabətqabiliyyətli məhsul istehsalındakı rolu, gənclərin tədqiqatlara cəlb edilməsi haqqında məlumatlar yer alıb.
Konfransda mövzu ətrafında geniş müzakirələr aparılıb və fermerlərin sualları ətraflı cavablandırılıb.
Daşkəsəndə kartof sahələrinə dəymiş zərərə görə fermerlərə sığorta ödənişləri edilib
19 Mart 2025
Qax rayonunda üzümçü fermerlər üçün tarla seminarı keçirilib
19 Mart 2025
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Balakəndə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Mart 2025
Naxçıvan Muxtar Respublikasında aqrar sığorta eksperti olmaq istəyən namizədlərə təlimlər keçirilib
18 Mart 2025
Nazir Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
17 Mart 2025