Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədarük və Təchizat ASC, Aqrar Kredit və İnkişaf Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə oktyabrın 12-də “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Nar vadisi” aqroturu təşkil olunub.
Hacıqabul rayonunun Meyniman kəndində yerləşən fermer təsərrüfatına təşkil edilmiş aqroturda ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər şəxsləri, beynəlxalq təşkilatların, müvafiq dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Səfər edilən “Red Valley” MMC-nin fermer təsərrüfatı ölkəmizin rəmzlərindən olan nar məhsulunun yetişdirilməsi ilə məşğuldur. Tur üçün bu təsərrüfatın seçilməsinin əsas səbəbi burada Azərbaycan narının yeni sortu olan “MinaŞirin” sortunun yetişdirilməsidir. Burada təkcə, nar istehsal edilmir, eyni zamanda, bu sortun çoxaldılması, həm ölkədə, həm də ölkədən kənarda tanıdılması əsas prioritetlərdəndir.
Aqrotur çərçivəsində təşkil olunan mərasimdə BMT İP-in Rezident Nümayəndəsi cənab Alessandro Fracassetti çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə həyata keçirdiyi “Qlobal əhəmiyyətli aqro-bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi” layihəsi uğurla icra edilməkdədir. İcra olunan layihə çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC, Aqrar Kredit və İnkişaf Agentliyi və BMTİP layihə komponentlərindən biri olan aqroturizmin ölkədə inkişafına dəstək məqsədi ilə “Nar vadisi” aqroturu təşkil edilib.
"Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova isə çıxışında ölkəmizdə aqroekoturizm sahəsində həyata keçirilən ilk layihələrdən olan “Şəhərdən Kəndə” layihəsi haqqında da ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, bu cür turların təşkili Azərbaycanın kənd təsərrüfatının, xüsusilə narın təbliği, ölkəmizdə narçılığın, o cümlədən qeyri-neft sektorunun yeni və perspektivli sahəsi olan aqroturizmin təbliği baxımından böyük əhəmiyyət kəsb edir.
“Red Valley” MMC-nin rəhbəri Rəşad Şirinov çıxışında nar təsərrüfatı barədə məlumat verib. Qeyd edib ki, uzun müddətli araşdırmalar və zəhmətin nəticəsində əldə edilən “MinaŞirin” sortu 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin reyestrinə daxil edilib və patentləşdirilib. Yeni "MinaŞirin" sortunun keyfiyyəti və dadı digər nar sortlarından heç də geri qalmır. Dənələri iri və şirəli, dadı şirin və turş olan bu sort narın diametri 20 santimetrə qədər böyüklükdə olur.
Tur çərçivəsində yerli və xarici qonaqlardan ibarət olan iştirakçılar burada yetişdirilən “MinaŞirin” sortu ilə tanış olub, onlara ölkəmizdə narçılığın vəziyyəti, nar məhsulunun yetişdirilməsi və dərilməsi prosesi barədə məlumat verilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024