Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi barədə yerli fermerlərin məlumatlandırılması məqsədilə Aqrar Sığorta Fondunun nümayəndələri Şəki rayonunda fermerlərlə görüşlər keçirib.
Şəki şəhər icra hakimiyyətinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşlər rayonun iri kənd təsərrüfatı əraziləri sayılan Orta Zəyzid, Baş Güngüt, Baş Dəhnə kəndlərində və Turan qəsəbəsində keçirilib. Görüşlərdə yerli əhali və fermerlərə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta, onun tətbiqi məqsədləri, işləmə mexanizmi barədə məlumat verilib. Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, sığorta haqları, sığorta hadisəsi baş verərkən ödəniş prosesi və sair detallar açıqlanıb.
Görüşlərdə səslənən məlumatlar kənd təsərrüfatı sahəsində çalışan sakinlərin böyük marağına səbəb olub. Yerli fermerlər ödəniş prosesinin detalları, sığortanın əhatə etdiyi risklər və sığortalanma prosesi ilə bağlı çoxsaylı suallar qaldırıb. Fermerlər sığortalanan təsərrüfatlar üçün nəzərdə tutulan tələblər və bu tələblərə əməl edilməsi ilə bağlı detallarla maraqlanıblar. Bildirilib ki, hazırda aqrar sığorta vasitəsilə 14 bitki, südlük inək və camışlar, eləcə də balıqçılıq təsərrüfatları sığortalanır. Dövlət dəstəkli aqrar sığortanın əsas xüsusiyyəti – sığorta haqlarının 50%-nin dövlət tərəfindən ödənilməsidir. Yerli sakinlər, aqrar sığortanın şərtlərindən və sığorta haqlarının məbləğindən, o cümlədən dövlətin 50%-lik dəstəyindən razı qalıb, onun sərfəli olduğunu bildiriblər.
Fermerlərə bildirilib ki, təsərrüfatlarını sığortalamaq üçün Aqrar Sığorta Fondunun Cağrı Mərkəzinə (1651) zəng edə, rayonda fəaliyyət göstərən aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinə və ya yerli DAİM-lərə müraciət edə bilərlər. Onların müraciətinə dərhal cavab veriləcək və sığorta müqaviləsi bağlanacaq. Görüşlərdə son dövrlər dünyada, regionda və Azərbaycanda baş verən təbii fəlakətlər, onların kənd təsərrüfatına vurduğu zərər xatırlanıb və fermerlərə tövsiyə olunub ki, qarşıdan gələn payızlıq taxıl əkini dövründə təsərrüfatlarını əsas risklərdən sığortalansınlar.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026