Respublikanın torpaq-iqlim şəraiti payızlıq dənli-taxıl bitkiləri yığıldıqdan sonra təkrar əkin aparılmasına və ikinci məhsul alınmasına imkan verir. Qarğıdalı bitkisinin qısa vegetasiya müddətinə malik olması (90-100 gün) və hektardan yüksək dən və yaşıl kütlə verməsi, onun təkrar əkində istifadəsini ön sıraya çıxarır.
Bu məqsədlə yaxın günlərdə Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan qurumlar tərəfindən 560 hektarda hibrid qarğıdalı əkini planlaşdırılıb. Artıq Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahələrində təkrar qarğıdalı əkini aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, eləcə də bölgədəki yerli qurumların nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, fermerlər səpini müşahidə edərək becərmə texnologiyası ilə bağlı fikir mübadiləsi aparıblar. Qlobal iqlim dəyişikliyinin mənfi nəticələri, ərzaq balansının təmin olunmasında təkrar qarğıdalı əkinlərinin aparılmasının əhəmiyyəti və bu sahədə fermerlərin maarifləndirilməsinin vacib olduğu bildirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev bildirib ki, ilkin olaraq ölkəmizdə 50 min hektar sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur: “Bununla əlaqədar toxum, texnika ilə təminatla bağlı hazırlıq görülüb. İndiyədək təxminən 20 min hektar sahədə təkrar qarğıdalı əkini aparılıb”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 22 may 2020-ci il tarixli qərarı ilə Dövlət Büdcəsinin Ehtiyat Fondundan kənd təsərrüfatı istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat vəsaitin ayrılması və təkrar qarğıdalı əkininin hər hektarına 60 manat birdəfəlik subsidiya verilməsi fermerlərin nəzərinə çatdırılıb.
Rayonda təkrar əkin prosesi davam etdirilir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026