Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun Aqrobiotexnologiya laboratoriyasında şirin bibər bitkisinin ilk dəfə olaraq in vitro şəraitdə yetişdirilməsi həyata keçirilir. Uzun müddətdir ki, İnstitutda şirin bibər bitkisinin seleksiyası istiqamətində tədqiqat işləri ənənəvi seleksiya metodlarına əsasən aparılıb. Hazırda müasir biotexnoloji metodlardan istifadə edilməklə, şirin bibərin in vitro şəraitdə yetişdirilməsinə dair tədqiqat işlərinin yerinə yetirilməsinə başlanılıb. Ənənəvi seleksiya metodlarından fərqli olaraq bu üsul sortların daha qısa müddətə yaradılmasına və keyfiyyət göstəricilərinin yüksək olmasına imkan yaradır.
İnstitut tərəfindən aparılmış uzun müddətli tədqiqat işləri nəticəsində şirin bibərin həm açıq, həm də örtülü sahə üçün yerli sortları yaradılıb və rayonlaşdırılıb. Bu məqsədlə İnstitutda şirin bibərin həmin rayonlaşdırılmış sortlarından istifadə edilir. İn vitro şəraitində şirin bibərin yerli sortları qəbul olunmuş beynəlxalq metodikanın tələbinə uyğun olaraq bitkinin böyümə və inkişafı üçün zəruri hesab edilən müxtəlif qida maddələrindən hazırlanmış qida mühitində yetişdirilir.
Eyni zamanda, laboratoriyada İn vitro şəraitində əmələ gəlmiş bitkilərin üzərində patogen göbələklərin, Elisa və PZR üsulları ilə virusların müəyyən edilməsi istiqamətində tədqiqat işləri aparılır. Bitkinin bütün həyat tsiklinə mütəxəssislər tərəfindən müasir avadanlıq və cihazlar vasitəsilə süni iqlim otaqlarında nəzarət həyata keçirilir. Belə ki, müasir seleksiyada biotexnoloji metodların tətbiqi olduqca mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə İnstitutda tədqiqat işlərinin daha da genişləndirilməsi nəzərdə tutulur.
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026