Rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Aqrar Xidmət Agentliyi bildirir ki, hazırda Şirvan Şəhər Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 2600 baş iribuynuzlu, 11 min baş xırdabuynuzlu, 100 baş təkdırnaqlı, 180 min ev quşu və 500 baş sahibli itə baytarlıq xidməti göstərir.
Cari ilin ilk günlərindən başlayaraq şəhər və şəhərətrafı ərazidə mövcud olan həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib. Peyvəndləmə tədbirləri “soyuq zəncir” rejimi gözlənilməklə 3 sahə baytarlıq məntəqəsi vasitəsi ilə aparılır.
Ümumiyyətlə, şəhər və şəhərətrafı ərazilərdə 2566 baş iribuynuzlu, 7838 baş xırdabuynuzlu və 22 baş təkdırnaqlı heyvanda qarayara, 2583 baş iribuynuzlu və 388 baş xırdabuynuzlu heyvanda dabaq, 464 baş itdə quduzluq, 179682 baş cücədə (“La-sota” şatmmı ilə) və 50951 baş quşda (“H” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.
Aprel ayının ilk günlərindən isə Şirvan Şəhər Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılan vaksinin bölgüsü aparılb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 2580 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi görülüb.
May ayından başlayaraq Şirvan Şəhər Baytarlıq İdarəsi tərəfindən şəhər və şəhərətrafı ərazilərdə iri və xırdabuynuzlu heyvanların bruselyoz xəstəliyinə qarşı peyvəndləməsinə start verilib. Artıq 935 baş iribuynuzluda peyvəndləmə “S-19“ştammı, 2929 baş xırdabuynuzlu heyvanda isə “Rev-1” ştammı ilə peyvəndləmə aparılıb.
Həmçinin may ayından başlayaraq xırdabuynuzlu heyvanlar arasında çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib. Hazırda tədbirlər davam etdirilir.
Şəhər və şəhərətrafı ərazidə baytarlıq-sanitariya işinin əsasını təşkil edən 106 obyektin 5800 kvadratmetr sahəsində dezinfeksiya və 36 obyektin 1550 kvadratmetr sahəsində isə dezinseksiya tədbirləri görülüb.
Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi aparılaraq həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024