Ötən il dekabrın 1-i vəziyyətinə görə, 891306,9 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, səpin aparılan sahənin 98,3 faizini və yaxud 876 163,6 hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Onun isə 577 252,5 hektarı buğda, 298 702,1 hektarı arpa, 209,0 hektarı isə çovdar əkinlərinin payına düşür.
Ən çox buğda bitkisi Şəki şəhəri (43 689,2 hektar) və Cəlilabad (49 100 hektar), Füzuli (26 590,0 hektar), Şamaxı (23 426,5 hektar), İsmayıllı (22 079 hektar), Qobustan (21 231 hektar), Hacıqabul (18 767 hektar) rayonlarında, ən çox arpa bitkisi Şəki şəhəri (20348,5 hektar) və Neftçala (29485 hektar), Kürdəmir (26 800 hektar), Ağsu (13 602 hektar), Biləsuvar (12 745 hektar), Şamaxı (11 468 hektar), Hacıqabul (10 467 hektar) rayonlarında səpilib.
2017-ci ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 1,3 faiz, o cümlədən arpanın səpin sahəsi 6,5 faiz, çovdarın səpin sahəsi 2,7 dəfə artıb, buğdanın səpin sahəsi 1,2 faiz azalıb.
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026
Aqrar sahədə rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilər hazırlanacaq
21 Oktyabr 2026
Tovuzda Aqrar Biznes Festivalı və Toxum Sərgi-Satış Yarmarkası keçirilib
21 Oktyabr 2026
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının nümayəndə heyəti Ümumdünya Ərzaq Forumunda iştirak edib
21 Oktyabr 2026
"Fermerin Rəqəmsal Dostu” layihəsinə müraciət üçün son gündür
21 Oktyabr 2026