Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin (Türkiye Cumhuriyeti Tarım ve Orman Bakanlığı) əməkdaşlığı çərçivəsində 2021-ci il 1-8 iyun tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda Türkiyəli mütəxəssislər tərəfindən işğaldan azad olunmuş rayonlar üzrə “Azərbaycanda iribuynuzlu heyvanlar arasında süni mayalanma, heyvanlara qulluq və bəslənmə” mövzusunda təlim keçirilib və 12 nəfər yeni süni mayalama mütəxəssisləri hazırlanıb.
Həmin mütəxəssislərin praktiki biliklərinin artırılması, əlavə təcrübənin əldə edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni mayalanma Mərkəzində "Respublikada iribuynuzlu heyvanların süni mayalanması" mövzusunda təlim keçirilib.
Təlimin əsas mövzusu və məqsədi gələcəkdə işğaldan azad edilmiş ərazilərdə biotexnologiyanın tətbiqini həyata keçirməklə heyvandarlığın inkişafına nail olmaq, yüksək peşəkar süni mayalanma mütəxəssisləri hazırlamaqdır. Təlimlər Respublika Süni Mayalanma mərkəzinin təcrübəli mütəxəssisləri tərəfindən keçirilib.
Təlimin sonunda iştirakçılara sertifikat, süni mayalanma ləvazimatları və ilkin mərhələdə işə başlamaları üçün hədiyyə olaraq buğa toxumu və azot verilib.
Nazir Məcnun Məmmədov “II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu” çərçivəsində keçirilən panel sessiyada çıxış edib
25 Sentyabr 2026
FAO nümayəndəsi Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasının fəaliyyəti ilə tanış olub
25 Sentyabr 2026
Qubada heyvan sağlamlığı ilə bağlı tədbir keçirilib
25 Sentyabr 2026
Türkiyədə “COP31-ə doğru: Su–ərzaq–iqlim əlaqələrinin praktik müstəvidə həyata keçirilməsi” mövzusunda seminar keçirilib
25 Sentyabr 2026
Qazax rayonunda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
25 Sentyabr 2026