Taxılçılıqla məşğul olan fermerlər yadda saxlamalıdır ki, yüksək məhsuldarlığa nail olmaq üçün bütün aqrotexniki tədbirlər, yəni sahənin əkin üçün seçilməsindən başlamış biçinə qədər olan bütün texnoloji proseslər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Hazırda 2 aya yaxın bir müddətdə davam edən taxıl biçini başa çatmaq üzrədir. Növbəti il üçün taxıl istehsalı ilə məşğul olmaq istəyən fermerlər taxıl biçini aparılan sahələrdə dərhal torpaq becərmə işlərinə başlamalıdırlar.
Taxıl əkiləcək sahənin şumunun keyfiyyətli və səpindən 2-3 ay tez aparılması məhsuldarlığı yüksəlməsinə təsir göstər amillərdəndir. Taxıl əkiləcək sahə sələf bitkilər yığılan kimi 25-30 santimetr dərinlikdə şumlanmalıdır.
Taxıl biçinindən sonra əkin qatında torpaq öz nəmliyini müəyyən müddət qoruyur. Torpaq yumşaq olduğuna görə şumun əkindən dərhal sonra aparılması bu prosesi bir qədər də asanlaşdırır. İyul-avqust aylarında taxıl səpini üçün aparılan şum imkan verir ki, torpaqda olan ziyanvericilər və alaq toxumları səpinə 2-3 ay qalmış məhv olsun.
Taxılın əsasən dənli bitkilər, kartof, tərəvəz, bostan və sair bitkilərdən sonra əkilməsi məqsədəuyğundur. Eyni sahədə 2-3 ildən artıq taxıl əkilməsi məsləhət deyil.
Biçindən sonra küləş sahədən toplanıb daşınmalıdır. Sahə saman doğrayan kombaynlarla biçildikdə küləşin əkin sahəsində qalaraq şumlanması torpaq qatında əlavə qida mühitinin yaranmasına imkan verir.
Bir daha xatırladırıq ki, taxıl sahələrinin biçindən sonra yandırılması qanunvericiliyə əsasən qadağandır. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslər 600 manata, vəzifəli şəxslər 2000 manata, hüquqi şəxslər isə 6000 manatadək məbləğdə cərimə olunacaqlar.
Növbəti ilin səmərəli taxıl istehsalının bünövrəsinin qoyulması üçün qısa müddətdə əkiləcək sahələrin şumlanmasını həyata keçirmək lazımdır.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026