Azərbaycanın qiymətli, geniş yayılmış, tezyetişən 15 yerli süfrə və kişmişi üzüm sortlarından götürülmüş nümunələr üzərində tədqiqatlara başlanılıb. Tədqiqatlar Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən “Beynəlxalq Üzüm/Anaç Kolleksiyasının Yaradılması və Mühafizəsi” (Uluslararası Asma Çeşit/Anaç Koleksiyonunun Oluşturulması ve Muhafazası) layihəsi çərçivəsində üzüm sortlarının genefond mübadiləsi, seleksiyası, identifikasiyası, birgə analizi məqsədilə aparılır.
Tekirdağ Üzümçülük Araşdırma İnstitutu ilə virussuz əkin materialı, fillokseraya davamlı calaq-ting istehsal texnologiyası, toxum embrionunun və digər toxuma kulturalarının “in vitro” çoxaldılma üsulları, tetraploid formaların alınması, üzümün hibrid formalarının yuvenil dövründə toxumsuzluğa görə erkən molekulyar genetik markerlərlə təyini, üzüm genotiplərinin molekulyar-genetik markerlərlə identifikasiyası, üzümün patogen orqanizmlərə davamlılığının laborator şəraitdə tədqiqi və digər sahələrdə əməkdaşlığa dair birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Növbəti mövsümdə tədqiqatların əhatə dairəsinin genişləndirilməsi və yeni istiqamətlər üzrə tədqiqatların aparılması üçün Azərbaycanın digər qiymətli yerli süfrə, kişmişi və şərablıq üzüm sortları üzərində də araşdırmalar aparılacaq.
Qeyd edək ki, təcrübə mübadiləsi və birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsi məqsədilə 2019-cu ildə Tekirdağ Üzümçülük Araşdırma İnstitutunun mütəxəssisləri ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri arasında elmi görüş keçirilib.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026