Əkin sahələrində bitkinin qida ehtiyacının müəyyənləşdirilməməsi, əkin sahələrinin düzgün becərilməməsi, gübrələrin kor-koranə birtərəfli qaydada istifadəsi və s. torpaqların münbitliyinin aşağı düşməsinə və məhsuldarlığın ildən-ilə azalmasına gətirib çıxarır.
Torpağın aqrokimyəvi analizlərinin nəticələrinin düzgün olması sahədə torpaq nümunələrinin götürülməsindən də çox asılıdır. Ona görə də sahədən xarakterik nümunələrin götürülməsi düzgün laboratoriya analizlərinin əldə olunması üçün əsas addımdır.
Torpaqda qida elementlərinin miqdarının öyrənilməsi əsasən növbəti əkin dövriyyəsi üçün gübrə ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə həyata keçirilir. Torpaq nümunəsi vizual eynilik təşkil edən vahid bir ərazini təmsil edən bir neçə fərdi nümunələrin qarışığından ibarət olmalıdır.
Vahid torpaq sahəsindən aşağıdakı hallarda nümunə götürmək olmaz:
Aqrokimyəvi tədqiqatların əhəmiyyəti məhsuldar torpaqların münbitliyinin qorunub saxlanılması ilə yanaşı həm də az məhsuldar, şərti yararsız torpaqların müəyyənləşdirilməsi və münbitliyin artırılması tədbirlərin görülməsi üçün zəruridir. Götürülən fərdi nümunələrin hər birinin dərinliyi eyni olmalı, eyni miqdarda və eyni alətlə götürülməlidir. Torpaqdan götürülən nümunələrin dərinliyi bitki növündən asılı olaraq dəyişir. Ümumiyyətlə isə bitki köklərinin yaxşı inkişaf etdiyi qatdan nümunə götürülməlidir. Birillik bitkilərdə əsasən 0-25 (30) sm-dən nümunələr götürülməlidir.
Bitkilərin kök sistemi torpağın daha dərin qatlarına paylanaraq orada olan qida maddələrindən az da olsa istifadə edir. Saçaqlı kök sisteminə malik olan taxıl bitkilərinin (buğda, arpa və s.) əsas kök kütləsinin 70-80%-i torpağın 0-30 sm dərinliyində cəmləşmişdir. Lakin bir çox bitki sortlarının kök sistemi 2,0-2,2 metr dərinliyə işləyə bilir. Xüsusilə çoxillik bitkilər altından götürüləcək torpaq nümunələri 0-30, 30-60 və 60-90 sm-i əhatə etməlidir. Torpaq nümunələri həmişə ilin eyni dövründə götürülməlidir ki, müəyyən vaxt keçdikdən sonra alınan rəqəmləri müqayisə etmək mümkün olsun.
Nümunələr əkindən qabaq və ya məhsul yığımından sonra götürülməlidir. Hava yaxşı olarsa payızın sonunda və hətta qışda da torpaq nümunələri götürülə bilər. Gübrə verildikdən 2-3 ay sonra əkinə zərər verməmək şərti ilə nümunə götürülə bilər.
Qida elementlərinin müəyyənləşdirilməsi üçün nümunə, sahənin relyefini nəzərə alaraq minimum 10 fərdi nümunənin qarışdırılması nəticəsində formalaşdırılır. Kompozit nümunələr təmiz plastik qaba yığılmalı və qarışdırılmalıdır. Sonra həmin qarışıq nümunədən 1-1.5 kq vahid nümunə ayrılmalıdır.
Ərazinin eroziyaya uğramış, su basmış, çirklənmiş və s. kimi istisna sahələrindən ayrıca nümunələr götürülməlidir.
Nümunə sahənin diaqonalı boyunca girişdən 20-30 metr irəli və sahənin qurtaracağına 20-30 metr qalmış götürülməlidir. Müxtəlif dərinliklərdən götürülmüş nümunələr ayrı-ayrı polietilen kisələrə tökülməli və içərisinə etiket yazılıb qoyulmalıdır. Nümunə ziq-zaq formada götürülür və belə vəziyyətdə nümunə götürülmüş nöqtələr sahə boyu bərabər paylanır.
Torpaq nümunələri götürülərkən torpağın səthi bitki hissələrindən təmizlənir. Ziq-zaq xəttinin hər nöqtəsində V şəklində 30 sm dərinliyində çuxur qazılır. Sonra çuxurun bir səthi təmizlənir və üz hissəsindən bir dilim 3-4 sm qalınlığında torpaq dilimi götürülür. Götürülən fərdi nümunələr qarışdırılaraq 1-1.5 kq miqdarında vahid nümunə ayrılır. Hər bir nöqtədən eyni həcmdə torpaq nümunəsi götürülməlidir.
Götürülmüş torpaq nümunələri polietilen kisələrə yerləşdirilir. Kisələrin üzərində nümunələrin götürülmə yeri, dərinlik, götürülmə tarixi, fermerin adı, coğrafi koordinatları, suvarma forması, əkilən bitkinin adı, sələf bitkinin adı, əvvəlki il verilən gübrənin növü və miqdarı göstərilməlidir. Nümunələr karton qutulara və ya yeşiklərə yerləşdirilərək mümkün qədər qısa vaxtda laboratoriyaya çatdırılmalıdır.
Fermerlər torpaqlarını analiz etdirməklə onda olan qida maddələrinin miqdarını, torpaq mühitinin reaksiyasını (pH), duzluluğunu və s. öyrənə bilərlər. Analizin nəticələrinə əsaslanaraq əkiləcək bitkiyə müvafiq gübrələmə proqramına uyğun qida maddələr verilməlidir. Torpağın aqrokimyəvi analizi aparmadan gübrə istifadə edilərsə aşağıdakı problemlərlə üzləşə bilərlər:
Bitkinin ehtiyacından az gübrə istifadə edildikdə tələb olunan miqdarda qida qəbul edə bilmir və buna görə də bitki inkişafdan qalır. Eyni zamanda bitkinin ehtiyacından daha çox gübrə istifadə edilə bilər ki, bu da torpağa və bitkiyə mənfi təsir göstərir. Hər iki halda gübrə üçün xərclənən vəsait effektiv olmur və bitkinin məhsuldarlığı azalır.
Düzgün olmayan vaxtda gübrənin verilməsi baş verir. Belə olan halda torpağa verilən gübrənin də bir əhəmiyyəti qalmır. Ona görə də torpaqdan yüksək məhsul almaq və davamlı istifadəsini təmin etmək üçün torpağa lazımı miqdarda, lazimi zamanda və düzgün növ mineral gübrənin verilməsini həyata keçirməlidir.
Əkin sahələrinə düzgün gübrə növünün və normasının verilməsi üçün torpaqların mütləq qaydada laboratoriyada analiz olunması olduqca vacibdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024