Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Dövlət Baytarlıq Xidməti yerlərdə \"Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı\"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.
102 kəndi, 2 şəhəri əhatə edən Tovuz rayonunda epizootik durum sabitdir. Buna baxmayaraq, heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı 2019-cu ilin epizootiya əleyhinə profilaktik tədbirlərinə başlanılıb. 15 sahə baytarlıq məntəqəsi vasitəsi ilə müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Dövlət Baytarlıq Xidmətinin Tovuz Rayon Baytarlıq İdarəsinə verilən peyvənd vasitələri “soyuq zəncir” rejimi gözlənilməklə sahə baytarlıq məntəqələrinə termoçamadanlarla çatdırılır və heyvanlara tətbiq edilir. İlin əvvəlindən başlanan bu tədbirlər iribuynuzlu, təkdırnaqlı və donuzlar arasında qarayara xəstəliyinə qarşı aparılır. Bununla yanaşı iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi üçün qan nümunələri götürülür. Həmçinin ev itlərində quduzluğa qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilir. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.
2019-cu ilin tədbirləri çərçivəsində rayonun Aşağı Öysüzlü kənd sakini Mürsəlov Nurəddinə məxsus heyvandarlıq təsərrüfatında 45 baş və Aşağı Mülkülü kənd sakini Seyfəddin Nəsibova məxsus cins heyvandarlıq təsərrüfatında 87 baş iribuynuzlu heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə aparılaraq 300 kvadratmetr sahədə dezinfeksiya işləri icra edilib. Ümumiyyətlə, 2019-cu ilin epizootik tədbirləri başlayandan indiyə kimi Tovuz rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında 20750 baş iribuynuzlu, 380 baş təkdırnaqlı heyvanda qarayara, 2950 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. 255 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülərək 830 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.
Qeyd edək ki, Tovuz Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-ci il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək və xəstəliyin qarşısını almaq məqsədi ilə 10023 baş iribuynuzlu və 4710 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də ötən il 47029 baş iribuynuzlu, 228783 baş xırdabuynuzlu, 3269 baş təkdırnaqlı heyvanlarda qarayara və 7953 baş qapı itində quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb və epizootik sabitlik təmin edilib. Həmçinin başa vurduğumuz il ərzində 20420 kvadratmetr sahədə profilaktik dezinfeksiya, 2430 kvadratmetr sahədə isə məcburi dezinfeksiya tədbirləri aparılıb.
Epizootiya əleyhinə aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri qarayara, bruselyoz və digər iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə ediblər. Təsərrüfatlarda hər hansı narahatçılıq olan zaman baytar həkimi ilə sıx əlaqə saxlamalarının vacibliyi vurğulanıb. Həmçinin rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilib.
Tovuz rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrinin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti lazımi təşkilatı tədbirləri davam etdirir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024