Zərərvericilərə qarşı saxlama anbarların fumiqasiya edilməsi bu gün kənd təsərrüfatında ən vacib tədbirlərdən biridir. Çünki, taxıl anbarlarda saxlanıldığı müddətdə zərərvericilər və mikroorqanizmlər tərəfindən 5-20%-ə qədər zədələnməyə məruz qalır. Bütün toxumçuluq təsərrüfatlarında istehsal olunan toxum materiallarının sağlam və keyfiyyətli saxlanılması üçün taxıl anbarlarının təmizlənməsi və fumiqasiya (zərərsizləşdirmə) olunması çox vacib məsələdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Fumiqasiya dəstəsi tərəfindən respublikamızın bir sıra rayon və şəhərlərində fermerlərə məxsus taxıl və digər toxum anbarlarında fumiqasiya tədbirləri həyata keçirilir və fumiqasiya olunmuş anbarlarda təhlükəsizlik qaydalarına əməl etmək üçün fermerlərə lazımi izahat və tövsiyələr verilir. Hazırda fumiqasiya tədbirləri davam edir.
Zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Qeyd edək ki, fumiqasiya (latınca fumigo – tüstü verirəm) – bitki xəstəlikləri törədicilərinə və zərərvericilərinə qarşı zəhərli buxar və qazlarla aparılan mübarizə tədbiridir. Bitki və bitki mənşəli məhsulların, anbarların, elevatorların, tədarük bazalarının, konteynerlərin, fabriklərin, tara, pambıq, tütün və digər emal müəssisələrinin fumiqasiya edilməsi təxirəsalınmaz tədbirlərdən sayılır. Xüsusilə idxal və ixrac olunan bitki və bitki mənşəli, karantin daşıyıcısı olan məhsulların zərərsizləşdirilməsi beynəlxalq müqavilələrdə öz əksini tapır.
Son zamanlar dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir. Fumiqasiya tədbirləri həyata keçirilməyən anbarlarda və digər saxlanma yerlərində məhsulun saxlanılması qanunla müəyyən edilmiş qaydada qadağandır.
İldən-ilə bitki mənşəli məhsulların idxalının artması, xüsusilə də karantin vəziyyəti zəif öyrənilmiş ölkələrdən, bir sıra xüsusi təhlükəli zərərli orqanizmlərin gətirilməsi kimi real təhlükə yaradır. İdxal edilən karantin nəzarətində olan yüklərə baxış zamanı il ərzində Azərbaycan Respublikası üçün karantin hesab edilən onlarla növ aşkar edilir.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyi fumiqasiya tədbirləri aparılarkən normativ–hüquqi bazaya əməl edilməsinə diqqəti artırır.
Bildirək ki, 2017-ci ildə 253798 m3 meşə materialı, 161247 ton karantin nəzarətində olan material, 3716007 m3 anbar sahəsi zərərsizləşdirilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024