BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Toxum istehsalı haqqında biliklərin artırılması” təlimi öz işinə başlayıb. Bir həftə davam edəcək təlimə elmi-tədqiqat institutlarının, təcrübə stansiyalarının, regional aqrar elm mərkəzlərinin əməkdaşları, eləcə də toxum xidməti üzrə dövlət qurumlarının əməkdaşları cəlb olunublar.
Təlimi giriş sözü ilə açan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai bildirib ki, təlim günlərində toxumçuluq sahəsində yeni texnologiyalar, toxumçuluq sisteminin təkmilləşdirilməsi haqqında yeni yanaşmalar müzakirəyə çıxarılacaq.
“Son illər Azərbaycanda toxumçuluq sahəsində həyata keçirilən işlər, Dövlət Proqramlarında, Strateji Yol Xəritəsində öz əksini tapan hədəflər bu məsələnin bizim üçün həyati əhəmiyyət kəsb etdiyini göstərir. Hazırda ölkənin toxumçuluq sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Məhz bu baxımdan toxumçu kadrların peşə vərdişlərinin artırılması, yeni biliklərlə əhatə olunması son dərəcə vacibdir”, - deyə Cəvanşir Təlai vurğulayıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Nümayəndəliyinin rəhbəri Mələk Çakmak qeyd edib ki, təlimlər Azərbaycanla yanaşı, Orta Asiya respublikalarında da həyata keçirilir və toxumun keyfiyyətinə nəzarət tədbirlərinin təmin olunmasında bu cür təlimlər xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, təlim günlərində ən son seleksiya naliyyətləri, bitki seleksiyası, sort sınaqları, təcrübələrin qoyulması ətrafında beynəlxalq səviyyəli ekspertlərin iştirakı ilə müzakirələr aparılacaq.
Layihənin Tacikistandan olan eksperti Bahromiddin Hüseynov bildirib ki, təlimlərin əsas məqsədi fermerlər arasında məlumatlılıq səviyyəsinin yüksəldilməsidir. Təlimin mövzularına informasiya məsləhət xidmətlərinin gücləndirilməsi, pestisidlərin idarəolunması, “sıfır becərmə” texnologiyalarının tanıdılması kimi məsələlər daxildir: “Hazırda ölkələrin toxumçuluq sisteminin möhkəmləndirilməsi sortların düzgün qeydiyyatı, qanunvericiliyinin təmin olunmasından birbaşa asılıdır. Kiçik fermerlərin toxuma əlçatanlığının təmin olunması, əkin işlərində sağlam toxum materialından istifadə olunması məhsuldarlıq üçün əsas zəmindir. Xəstəliklərdən mühafizə olunmuş toxumçuluq sisteminin gücləndirilməsi sahəsində gələcəkdə bir sıra birgə təlimlər də həyata keçiriləcək”.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026