Qış mövsümündə üzümçülükdə ən vacib tədbirlərdən biri quru budamadır.
Budamada məqsəd:
Budama zamanı aşağıdakıları nəzərə almaq lazımdır:
Sortlatın bioloji xüsusiyyətləri, xüsusən də bar zoğlarının əsasından ucuna kimi gözcüklərin barvermə və zoğlarda gözcüklərin açılma qabiliyyəti (zoğ əmələ gətirmə qabiliyyəti): məsələn, Azərbaycan, Orta Asiya və s. sortlarda barlı tumurcuqlar daha çox zoğun orta hissəsində- 5-12-ci gözcüklərdə, yüksək boy gücünə malik olan sortlarda isə 20 gözcüyə qədər davam edir.Avropa sortlarında, xüsusən də texniki sortlatda zoğun əsasınna doğru yerləşən gözcüklər, yəni 3-8-ci gözcüklırin barvermə qabiliyyəti yüksək olur. Bəzi sortlara az yük verdikdə, o cümlədən zoğları qısa kəsdikdə bar itirilir, həmçinin gözcüklərdən 2 və daha çox yaşıl zoğ inkişaf edir, kollanma güclü gedir, zoğlar kəskin böyüyür. Belə sortlarda barlı gözcükllər zoğun orta hissəsində yerləşir (6-12 gözcük). Bu baxımdan Kişmişi sortlarını, Ağadayı və s. sortlarının bar zoğlarının daha uzun kəsilməsi (10-18 gözcük) məqsədəuyğundur. Ümumiyyətlə, Azərbaycan şəraitində (güclü və suvarılan torpaqlarda) bir sıra yerli və introduksiya olunmuş süfrə üzüm sortlarının (Qara kişmişi, Qara keçiməməsi, Hüseyni, Sultanina, Türk sultanı, Ağadayının oval variasiyası, Nimrəng, İtaliya muskatı, Hamburq muskatı və s.) bar budaqlarını uzun budamaq (16-22 gözcüyə) və 3-5 qollu yelpik formasının verilməsi məqsədəuyğundur.
Təcrübə göstərir ki, Ağadayının Salyan ərazisində becərilən oval, yaxud uzunsov giləli variasiyası güclü və suvarılan torpaqlarda çox güclü boy atır, zoğlar çox yoğunlaşır. Bəzi bölgə və rayonlarda (Cəlilabad, Dəvəçi və s.) bu üzüm sortuna az yük verildiyindən lazımi nəticəni almaq olmur. Belə ki, bu zaman bu tənəklərdə kollanma çoxalır, çiçək salxımları az əmələ gəlir, tozlanma və mayalanma çox zəif gedir, gilələrin qoralaşması artır, yaşıl zoğlar çox sürətlə və çox böyüyərək həddən artıq yoğunlaşır. Ona görə də yüksək aqrotexniki becərmə şəraitində Ağadayı sortunun bu variasiyasının bar zoğları uzun kəsilməli (18-24 gözcüyə) və tənəyə çox yük verilməli (58-72 gözcük), yaşıl əməliyyatlar vaxtı-vaxtında, xüsusilədə çiçəkləmədən qabaq xüsusi diqqətlə aparılmalıdır. Ümumiyyətlə, respublika şəraitində yerli sortlarda: Bayanşirə, Təbrizi, Arna-qırna, Ağ Aldərə və s. ən məhsuldar gözcüklər zoğların orta hissəsində yerləşir. Zoğun aşağı və uc hissəsində yerləşən gözcüklər isə az məhsuldar olur.
Bəzi sortlar vardır ki, onlara həddən artıq yük verdikdə, yaxud zoğları uzun kəsdikdə (10-18 gözcüyə) zoğun əsasına doğru gözcüklər “kor” qalır, açılmır. Bu da tənəyin məhsuldarlğına, inkişafına, formalaşmasına mənfi təsir edir. Buna görə, Ağ şanı sortunun qısa (5-7 gözcüyə), Qara şanı sortunu orta uzunluqda (7-9 gözcüyə) kəsmək lazımdır. Gəncə-Qazax bölgəsində Bayanşirə, Tavkveri, Təbrizi, Rkasiteli sortlarında zoğda 14-16 gözcük saxlanılaraq kəsilməlidir. Mil düzü şəraitində Rkasiteli sortu üçün ən yaxşı budama uzunluğu 10-12, Xindoqnı sortu üçün isə 12-14 gözcük saxlanaraq zoğların kəsilməsi norma hesab olunur. Abşeron şəraitində Ağ şanı və Qara şanı sortları üçün ən yaxşı budama uzunluğu 8-14 gözcükdür.
Tənəklərin forması və becərilmə sistemi nəzərə alınmalı: budama zamanı tənəyin becərildiyi sistemlər (şpaler, cardaq, tumba, başcıq, payada, xiyaban və s.,) o cümlədən onların formalarına (yelpik, kordon, Güyo, qarışıq və s.) uyğun müvafiq budamalar həyata keçirilməlidir. Yüksək və hündür (iri habitusa malik) formalı tənəklərə daha çox gözcük yükü verilir.
Tənəyin böyümə gücü, inkişaf xüsusiyyəti, zoğların uzunluğu və qalınlığı və s. nəzərə alınmalıdır.
Yaxşı inkişaf edən, güclü böyüyən sortlara zəif inkişaf edənlərə nisbətən daha çox gözcük yükü verilir, bar zoğları daha uzun kəsilir. Bar zoğlarının qalınlığı (diametri) 8-12 mm olan, buğumarası nisbətən yaxşn olan zoğlar bar budağı kimi saxlanılarsa daha məqsədəuyğundur. Əgər tənəklərdə daha yoğun zoğlar ( diametri 16 mm-dən çox) inkişaf edilibsə, mütləq onlar uzun və daha uzun budanmalıdır. Çox nazik zoğlara malik (diametdi 8-mm-dən az olan) tənəklərin bar zoğları qısa kəsilməlidir. Həddən artıq qalın birillik zoğlar bar budağı kimi saxlanılması məsləhət deyil.
Becərmə şəraiti (dəmyə, yaxud suarma), vegetasiya fazası, bölgənin iqlim xüsusiyyətləri nəzərə alınmalı:
Erkən aparılan budama zamanı gözlər erkən oyanır və ilk yaz şaxtalarından ciddi ziyan çəkirlər. Bundan başqa budama zamanı tənəkdə buraxılan xırdalı-böyüklü yaralar uzun müddət “sağalmadığından” göbələk xəstəlikləri (ölü kol, gav, yaxud eskarioz) əmlə sirayətlənmə təhlükəsi böyükdür. Çünki yaralar uzun müddət aşıq qalır, tənək nisbi sukunət dövründə olduğundan yaralar gec “sağalır”. Belə bölgələrdə budamanı mümkün qədər gec aparmaq lazımdır.
Məhsul yığıldıqdan sonra tənəklərdə qışa hazırlıq mərhələsinə keçərək lazimi qida maddələrini (kök, gövdə və zoğlar) toplamağa başlayır. Lazımı miqdarda qida maddələri toplamayan zoğlar erkən budandığından, keyfiyyətin aşağı düşür, barvermə qabiliyyəti aşağı düşür, xəstəlik və şaxtalardan ziyan çəkir. Ona görə də, məhsul yığıldıqdan və yarpaqlar tam tökülənə qədər olan müddətdə budamanın aparılması qadağandır.
Suvarma şəraitində və yüksək aqrotexniki fonda dəmyə .əraitdəki üzümlərə nisbətən daha çox gözcük yükü verilir.
Üzümlüklərin və tənəklərin fitosanitar vəziyyəti, yaranmaması nəzərə alınmalı, tənək gödə xəstəliklərinin inkişafına şərait yaradılmamalıdır. Bunun üçün:
1) Budama zamanı tənəklərdə dərin və iri yaralar acmaq olmaz. Bu zaman havadan yoluxma təhlükəsi yaranır.
2) Vaxtından əvvəl budama aparmaq məqsədəuyğun deyil. Çünki vaxtsız budama ilə yaralanmış gövdə hissələri uzun müddət mikroorqanizmlərin hücumuna məruz qalır və yoluxma ehtimalı artır.
3) Budama yaraları mütləq bağlanmalıdır. Xüsusən 2-3 sm ölçülü qayçı ilə açılmış böyük yaralar müvafiq bir izolyasiya lenti, boya, bağ məlhəmi və s. ilə bağlanmalıdır. Çünki budama yaraları ən azı 3-4 ay mikroorqanizmlərin hücumuna məruz qalırlar.
4) Yağışlı havalarda budama aparılmamalıdır. Çünki qış mövsümündə fəaliyyətdə olan xəstəlik torədiciləri bir tənəkdən digərinə yağış damcıları vasitəsi ilə və küləklə keçə bilir.
5) Budamadan sonra çubuqlar bağın kənarına çıxarılmalı və yandırılmalıdır.
6) Yeni əkilmiş tənəklərə yaxşı qulluq edilməli, ilk üç ildə onlara artıq məhsul yükü verilməməli və tənəklər stressdən qorunmalıdır.
7) Xəstə budaqlar infeksiya nöqtəsindən ən azı 10 sm aşağidan kəsilərək sahədən çıxarılmalı və bu çubuqlar yandırılmalıdır. Amerikadakı Kaliforniya ştatında üzüm bağlarında iki dəfə budama aparılır. Birinci budamada xəstə zoğlar kəsilərək, bağdan çıxarılıb yandırılır. Sonradan aparılan ikinci budamada normal şəkildə tənəklərə forma verilir.
Üzümdə quru budama iki şəkildə aparılır: a) saf budama, b) qarışıq budama.
Saf budama: Tənəkdə bütün çubuqların eyni ölçüdə (gözcüyün sayı bərabər) budanmasıdır. Bu tip budama əsasən qısa kəsilmə zamanı tətbiq olunur.
Qarışıq budama: Bu zaman tənəklərin zoğları 4 və daha artıq və yanında isə 2 gözə kəsilmiş əvəzedici çilik olmaqla budanır. Belə budama zamanı dib gözlərin barvermə xüsusiyyəti ilə yanaşı, zoğların aşağı gözlərinin açılma xüsusiyyətləri də nəzərə alınmalıdır. Növbəti ildə barmaq kimi saxlanılan və üzərində birillik zoğlar olan zoğlar dibdən kəsilib atılır. Keçən ilki əvəzedici çilikdən əmələ gələn zoğlardan tənəyə yaxın olanı əvəzedici, o birisi isə bar zoğu kimi saxlanılır.
Bar zoğlarının kəsilmə uzunluğuna görə isə tənəklər qısa, orta və uzun budanır.
Qısa budama (kəsmə): Dib gözləri barlı olan üzüm sortlarında zoğların 1-3 gözə kəsilməsidir. Bu zaman ikiillik budaqdan 0,5 sm məsafədə yerləşən gözlər nəzərə alınmır. Bu kəsməyə yanaşmalar müxtəlifdir. Bəzi müəlliflər zoğların 2-3, bəziləri isə 4-5 gözcüyə kəsilməsini məqsədəuyğun hesab edirlər. 2-3 gözcüklü kəsmələri əsasən çardaq, xiyaban, yaxud alleya və divaryanı üzümlükdə tətbiq etmək olar. Ümumiyyətlə isə, qısa kəsmə kimi 4-5 gözcük əsas götürülə bilər.
Orta budama (kəsmə): Bar zoğlarının 6-8 gözcüyə kəsilməsi orta kəsmə hesab edilir.
Uzun budama (kəsmə): Bu zaman zoğlarda 9-10 gözcükdən 15-20-yə qədər gözcük saxlanıla bilər.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024