Salyan rayonunda üzümçülük fermer təsərrüfatları üçün “Üzümçülükdə yaz-yay mövsümündə aqrotexniki, aqrokimyəvi və bitki mühafizə tədbirləri yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır” mövzusunda tarla seminarı keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə keçirilən seminarın əsas məqsədi üzüm bağlarında məhsuldarlıq göstəricilərinin və məhsulun keyfiyyətinin yüksəldilməsi üçün kiçik və orta həcmli fermer təsərrüfatlarına elmi-praktiki məsləhət və xidmətlərin göstərilməsi, onların praktiki bacarıqlarının artırılmasına nail olmaqdır. Təlim və seminarlarda fermerlərə üzümlüklərin məqsədyönlü becərilmə texnologiyası, səmərəli diferensial aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirləri, üzümçülükdə qarşıya çıxan risklərin mənfi təsirlərindən sığortalanmaq məqsədilə preventiv tədbirlər barədə ətraflı məlumat verilib.
Tədbirdə üzümçülükdə mövsümü aqronomik və bitki mühafizə tədbirlərinin vacibliyi, onların həyata keçirilmə texnologiyası, üzümlüklərin təbii risklərdən, o cümlədən anomal istilərdən qorunnması yolları fermerlərin diqqətinə çatdırılıb. Üzümlüklərdə xəstəlik və zərərvericilərə qarşı kompleks mübarizə tədbirinin həyata keçirilmə texnologiyası əyani nümayiş etdirilib. Qeyd edilib ki, kompleks mübarizə tədbirləri vaxt itkisinin qarşısını almaqla, optimal müddətdə bir neçə xəstəlik və zərərvericilərə qarşı mübarizənin səmərəliliyini artırır, üzümlüklərə qulluq xərclərinin aşağı düşməsini təmin edir, digər tərəfdən məhsulun kəmiyyət və keyfiyyətini yaxşılaşdırır, məhsul itkisinin qarşısını tam alır.
Seminarda iştirak edən fermerlər üzümün becərilmə texnologiyası ilə bağlı elmi və praktiki xidmətləri yüksək qiymətləndiriblər. Tədbirin sonunda fermerlərə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının nəşr etdirdiyi “Üzümü çürümə xəstəliklərindən qoruyaq”, “Üzümçünün təqvimi”, “Üzümçülükdə innovativ diferensial texnologiyalar və risklər”, “Üzümçülükdə ekoloji (təbii) risklər və abiotik amillərin üzümə təsiri” adlı broşur və kitablar, o cümlədən üzümçülüyün müxtəlif sahələrinə aid bukletlər paylanıb.
Nazir Məcnun Məmmədov Qana Respublikasının balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Arturla görüşüb
15 Yanvar 2026
Azərbaycan nümayəndə heyəti İsrailin akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərinin fəaliyyəti ilə tanış olub
14 Yanvar 2026
Azərbaycan nümayəndə heyəti İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub
13 Yanvar 2026
Təl-Əvivdə Azərbaycan və İsrailin kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
12 Yanvar 2026
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
12 Yanvar 2026