Mövsümlə əlaqədar olaraq Aqrar Elm və İnnovasiya Mərkəzinın Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, o cümlədən institutda fəaliyyət göstərən “Üzümçü-Şərabçı Gənclər Birliyinin” üzvləri fermerlərə məxsus üzüm bağlarında tarla seminarı keçiriblər. Seminarda Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən könüllülər də iştirak ediblər. Artıq ikinci dəfədir ki, həyata keçirilən tarla seminarının məqsədi alimlərin və gənclərin üzümçülüklə məşğul olan fermerlərin birgə fəaliyyətinə nail olmaq, onlarda vərdiş və bacarıqları daha da artırmaq, eləcədə bu sahədəki nəzəri - təcrübi biliklərin artırılmasına nail olmaqdır.
Tarla seminarı Abşeron rayonunun Məhəmmədi kəndindəki üzümçülük təsərrüfatında keçirilib. Təcrübəli fermer Sücəddin Rzayev üzüm bağı, becərilən sortlar və həyata keçirdiyi aqrotexniki tədbirlər barədə gənclərə məlumat verib.
Sonra ÜŞETİ-nun aqrotexnika şöbəsinin müdiri Azər Şükürov üzüm bağında əyani şəkildə budama qaydalarını gənclərə izah edib, ümumi aqrotexniki, aqrokimyəvi və bitki mühafizəsinin mahiyyəti barədə danışıb. ÜŞETİ-nun direktoru Vüqar Səlimov isə gənc mütəxəssislərə və tələbələrə sortların bioloji xüsusiyyətləri, tənəyin ümumu quruluşu, onun ayrı-ayrı vegetativ orqanlarının funksiyaları barədə ətraflı məlumat verib.
Gənc mütəxəssislər və könüllü tələbələr müzakirələrdə aktiv iştirak edərək budamanı əyani olaraq həyata keçiriblər. Sonra institutda fəaliyyət göstərən “xidmət qrupunun” üzvləri və gənclərin iştirakı ilə sahənin ümumi sanitar vəziyyətinə baxış keçirilib. Aydın olub ki, sahədə bir çox tənəklərdə təhlükəli zərərvericilərdən olan “canaqlı yastıcanın” sirayətlənmə əlamətləri var. Bu üzümün ən təhlükəli zərərvericisidir. Yaşıl zoğları, meyvələri, hətta çoxillik hissələri də zədələyə bilir. Zərərvericiyə qarşı mübarizə aparılması üçün fermerə praktiki tövsiyələr verilib. Üzüm bağlarında mövsümi aqrotexniki, aqrokimyəvi, inteqrir mübarizə tədbirlərinin vaxtında aparılması, sorta məxsus diferensial aqrotexnikanı tətbiq etməklə üzüm sortlarının tənəklərinə forma verilməsi qaydaları, tənəklərdə quru budama barədə istehsalçıya praktiki məlumat verilib.
Alimlər qeyd ediblər ki, üzüm budanıb qurtardıqdan sonra kəsim zamanı yaranan yaralardan infeksiya keçməsinin qarşısını almaq üçün tənəklərə 4-5%-li Bordo məhlulu ilə çiləmə aparılmalıdır. Bu məqsədlə Bordo bulamacı, Kauratil, Koside, Funquran OH və s. kimyəvi preparatlardan istifadə etmək olar. Bundan başqa fevral ayının sonlarında və mart ayının əvvəllərində zərərvericilərə qarşı proflaktiki mübarizə məqsədilə emusiyalaşdırılmış yağlarla (Hekvidor OİL, VOLK 92) hektara 25-35 litr və müvaviq insektisidlərlə (Versal, Poliqor, Priban, Meqaban) hektara 2,5-3,0 litr olmaq şərti ilə qarışdırılaraq çiləmək lazımdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024