Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi şurasının qərarı ilə Elmi Əsərləri Məcmuəsi nəşr olunub. Məcmuədə üzümçülük və şərabçılıq sahəsində ən son illərdə aparılan elmi tədqiqat işlərinin nəticələri şərh edilmiş, Azərbaycanda bu sahənin inkişafının aktual problemləri və onun elmi-nəzəri əsasları müvafiq istiqamətlər üzrə olan məqalələrdə işıqlandırılmışdır.
Məcmuədəki məqalələrin ümumi sayı 15 olmaqla ampeloqrafiya və seleksiya istiqamətində əldə olunan nəticələri, üzüm bitkisini becərilməsi və aqrotexnikasını, xəstəlik və zərərvericilərə qarşı mübarizə yollarını, aqrokimyəvi və melorasiya işlərini, emal və texnologiyanı, şərab turizmini (enoturizm), yeni şərab keyfiyyətinin əldə olunmasını, keyfiyyətin daha münasib metod və vasitələrdən istifadə etməklə artırılmasını təqdim edilmiş əhatəli cədvəllər və düsturlar, təcrübələr zamanı hazırlanmış rəngli fotoşəkillər vasitəsilə əhatə etmişdir. Hər bir istiqamətdə əldə olunmuş yeni nəticələr, anlayışlar və onların müzakirəsi verilmişdir. İnstitutun əməkdaşları ilə yanaşı Türkiyə Təkirdağ Bağçılıq (Üzümçülük) Araşdırmalar İnstitutunun əməkdaşlarının da məqalələri dərc olunmuşdur.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi Əsərləri Məcmuəsi Mündəricat, Ampeloqrafiya və seleksiya, Üzümün aqrotexnikası, Xəstəlik və zərərvericilərə qarşı mübarizə, Aqrokimya və melorasiya, Emal və texnologiya, Şərab turizmi (Enoturizm) bölmələrindən ibarətdir. Məcmuədə məqalələr Azərbaycan və türk dilində, xülasələr rus və ingilis dilində verilmişdir.
Məqalələr elmi işçilər, mütəxəssislər, aqraryönümlü müəssisə və təşkilatların mütəxəssisləri, doktorantlar, magistrantlar, bakalavrlar, fermer təsərrüfatı ilə məşğul olanlar üçün əsaslı tədqiqat nəticələridir, lazımlı materiallardır.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026