Üzümçülükdə avqust-sentyabr tədbirləri - Fermerlərə Tövsiyə

Avqust: Bu dövr üzüm sortlarının texnoloji istifadə istiqamətindən asılı olaraq mürəkkəb mərəhələ hesab olur. Avqust ayı ərzində orta-tez, orta, orta-gec yetişmə xüsuisyyətinə malik olan sortların yetişmə prosesi gedir. Aqrotexniki və kimyəvi mübarizə tədbirləri zamanı sortların bu xüsusiyyətləri nəzərə alınmalıdır. Texniki üzüm sortlarının yetişmə dinamikası istehsal olunacaq şərabçılıq məhsullarının növündən asılı olaraq xüsusi nəzarətdə saxlanılır, mütəmadi izlənilir və müvafiq kondisiyada yığılır (cədvəl). Məhsul yığımı ilə əlaqədar olan yetişmənin dinamikası və yığım üç- orqanoleptik, anatomik,  kimyəvi üsullardan istifadə olunaraq həyata keçirilir.

Üzüm sortları istifadə istiqamətinə görə

Şəkər; %

Titrlənən turşuluq; q/dm3

PH

Şampan şərabı istiqamətli

17-19

8-11

2,8-3,1

Süfrə şərabı istiqamətli

17-20

7-9

3,0-3,5

Konyak materialı istiqamətli

16

8-12

2,8-3,2

Tünd şərab istiqamətli

20

5-7

3,2-3,8

Madera tipli şərablar istiqamətli

20

5-7

3,5-4,0

Desert şərab istiqamətli

22

5-8

3,2-3,8

Qırmızı və qaragiləli sortlar

Süfrə şərabı istiqamətli

18-22

6-8

3,2-3,8

Desert şərab istiqamətli

22

5-8

33,-37,0

Tünd şərab istiqamətli

20

5-8

3,5-4,0

Süfrə və kişmişi üzüm sortları

Süfrə sortları (təzə halda istifadə)

15%-dən aşağı olmamalı

12 q/dm3-dən yuxarı olmamalıdır

-

Kişmişi sortları (qurutma üçün)

**kişmişi sortlarında şəkərlilik 20-23% olduqda 4 kq-dan 1 kq quru üzüm, əgər şəkərlilik 18-20% olarsa 5kq üzümdən 1 kq quru üzüm çıxar.

21% və daha çox

 

Sorta xas miqdarda

-

 

Avqustda tənəklərin yaxşı havalanması üçün “zoğların ucunun vurulması” (“çekanka”) əməliyyatı aparılır. Bu əməliyyat gələcək bar zoğlarının yaxşı yetişməsinə şərait yaradır. Məhsulun ağırlığından sallanan zoğlar bağlanılır, salxımların ətrafındakı yarpaqlar qismən qoparılır ki, bu da yetişməkdə olan üzüm salxımlarının günəş enerjisi isə təmin olunmasına şərait yaradır.

Quru iqlimə malik olan rayonlarda suvarma işləri davam etdirilir. Dəmyə şəraitində becərilən üzümlüklərdə 10-12 sm dərinlikdə kultivasiya işləri aparılaraq kapilyarın pozulması nəticəsində torpaqda nəmliyin qalmasına şərait yaranır. Sort tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi, tinglik təsərrüfatları üçün çilik tədarük etmək məqsədi ilə üzümlüklərdə aprobasiya və kütləvi seleksiya işləri həyata keçirilir.

Son dövrlərdə iqlim dəyişkənlikləri ilə əlaqadar olaraq üzümün vegetasiya müddətində, xüsusilə iyul ayı və sentyabr ayının əvvəllərində iqlim normalarına uyğun olmayan hava şəraiti xəstəlik və zərərvericilərin də inkişaf dinamikasında dəyişikiklər meydana çıxarır. Bu isə özlüyündə xəstəlik və zərərvericilərə qarşı formalaşmış ənənəvi təqvimi ardıcıllıqların pozulması ilə nəticələnir. Ona görə də, vegetasiaya ərzində xüsusuilə də üzümün yetişmə dövründə diqqətli müşahidə aparıb hava şəraitinə uyğun tədbirlərin görülməsi məhsul itkisinin qarşısını alır. Təkrar olaraq avqustun birinci ongünlüyünün sonunadək oidium, salxım yarpaqbükəni və tor gənəciyinə qarşı mübarizə aparılmalıdır. Bu işlər həmçinin üzümün yetişmə dövründə baş verən çürümə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş profilaktik tədbirlərdir. Üzüm meyvəsinin çürüməsinin ən başlıca səbəbi oidium xəstəliyidir. Xəstəlik nəticəsində  partlamış, çat hissəyə su daxil olur ki, bu da ağ, boz və qara çürümə xəstəliklərinə şərait yaradır. İkinci səbəb isə salxım yarpaq bükənin 2-ci və 3-cü nəslinin qora və yetişməkdə olan dövründə virduğu zədədən əmələ gəlir. Xəstəliyin ikişafı hava şəraitindən də asılıdır. Belə ki, uzunmüddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir ki, bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur. Çürümə xəstəliyinin inkişafı hava şəraitindən də asılıdır. Belə ki, uzunmüddətli quraqlıqdan sonra yetişmə dövründə yağışlı hava olduqda gilələr şişir və çoxlu çatlar əmələ gəlir ki, bu da onların kütləvi surətdə boz çürümə xəstəliyinə tutulmasına səbəb olur.

Mildiu xəstəliyinin yayılma qorxusu olan sahələrdə Monika Bordo, Bordo mayesi və yaxud əvəzedici dərmanların vasitəsi ilə mübarizə aparılır. Üzüm yığımına 15-20 gün qalmış aqrotexniki qulluqlar dayandırılır. Suvarma, dərmanlama işləri başa çatdırılır.

Avqust ayında tinglik təsərrüfatları daha da diqqətli olmalı, suvarma işlərini daim nəzarətdə saxlamalıdır. Üzüm yığımına hazırlıq görülür. Sərnə və qurşaq arası yollar hazırlanır, texniki üzüm sortlarının daşınması üçün maşın və mexanizmlər, konteynerlər rənglənib təmiz edilir.

Süfrə üzümçülüyü üzrə ixtisaslaşmış təsərrüfatlarda yeşiklərin təmiri, saxlama kameralarının, soyuducuların qaydaya salınması işi davam etdirilir. Calaqaltı anaclıqlarda da aqrotexniki qulluq işləri daim diqqətdə saxlanılır.

İyul ayının axırlarında və avqust ayının əvvəllərində tezyetişən üzüm sortlarının yığımına başlanılır. Yığım əl və mexanikləşmiş üsulla həyata keçirilir.

Sentyabr: Sentyabr ayında orta-gec və gecyetişən üzüm sortlarının yığımına başlanılır. Aprobasiya və seleksiya işləri davam etdirilir. Bu ayın ikinci ongünlüyündə yetişən süfrə və texniki üzüm sortları yığılaraq təyinatı üzrə istifadə edilməyə başlanır.

Kişmiş və mövüc istiqamətli sortlardan üzüm qurudulur, alkoqolsuz məhsullar - şirə, bəhməz, mürəbbə, marinad, kompot, povidlo və s. hazırlanır. Üzüm soyuduculara yığılır.

Üzüm yığımından sonra sahələrdə suvarma işləri, cərgəarası şum aparılması, sahələrə gübrə verilməsi diqqətdə saxlanılır. Terraslarda, yamaclarda, ümumiyyətlə üzüm məhsulunun mexanikləşdirilmiş üsulla yığımı mümkün olmayan ərazilərdə əl ilə yığılır.

 

Vüqar Səlimov

Aqrar elmlər üzrə elmlər doktoru

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitunun direktor əvəzi