Qubadakı “Fermer evi”ndə keçirilən elmi-praktiki seminarda fındıqçılığın inkişaf perspektivləri və yeni salınan fındıq bağlarında italyan texnologiyasından istifadənin üstünlükləri müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təşkil etdiyi seminarda ölkəmizdəki böyük fındıqçılıq təsərrüfatlarının nümayəndələri italyan mütəxəssislər Domeniko Manfredi və Andrea Castagnanın, həmçinin institutun Zaqatala dayaq məntəqəsinin direktoru Rəşad İbrahimovun mövzu ilə bağlı təqdimatını izləyiblər.
Seminarda bildirilib ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə İtaliyanın “Ferroro” şirkətinin birgə həyata keçirdiyi layihə çərçivəsində institutun ərazisində ilkin olaraq 2 hektar bağ salınıb. Yeni texnologiya üzrə salınan fındıq bağlarında introduksiya edilmiş İtaliya mənşəli “Çifoni”, “Romano” və “Naçioni” sortları ilə yanaşı, yerli dədə-baba sortlarından da istifadə olunub. Ənənəvi üsulla salınan bağlarda ilkin məhsula düşmə 6-cı, tam məhsuldarlıq isə 16-cı ildən başlayır. Hər hektarda məhsuldarlıq isə 1,5 ton təşkil edir. İtalyan texnologiyasının tətbiqi ilə salınan bağlarda isə 4-cü ildən ağaclar məhsul verməyə başlayır. Doqquzuncu ildə isə tam məhsula düşür. Bu bağlarda hər hektardan orta məhsuldarlıq 2,5 tona çatır. Ənənəvi fındıq bağları ocaq əkin sitemi ilə salınırdı. Yəni qazılan çalada 3-6 pöhrə əkilirdi. İtalyan texnologiyasında isə pöhrələr yox, cəmi bir ting əkilir.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov qeyd edib ki, yeni texnologiya ilə salınan bağlarda 1 hektar sahədə 500 ağac əkilir. Ənənəvi bağlarda isə cəmi 156 ağac əkilirdi.
İntroduksiya edilmiş italyan sortlarının üstün cəhətlərindən biri də məhsul yığımı prosesinin daha asan başa gəlməsidir. Belə ki, həmin sortlarda fındıq yetişdiyi zaman meyvə qərzəyindən rahatlıqla ayrılır. Ağac yığım üçün silkələndikdə məhsul yerə qabıqsız tökülür. Bu da, yığım prosesini sürətləndirir və işçi qüvvəsinə tələbatı azaldır.
Seminarda italiyalı mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Quba-Xaçmaz zonasında yeni texnologiya ilə ümumilikdə, 3 min hektara yaxın fındıq bağlarının salınması nəzərdə tutulub ki, bunun da 1500 hektarı artıq əkilib.
Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
28 Aprel 2026
Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir
28 Aprel 2026
AKİA sədri Yalçın Camalov Naxçıvanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
27 Aprel 2026
Cəbrayılın Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
27 Aprel 2026
Cenevrədə Azərbaycanın aqrar sahədə rəqəmsallaşma, iqlimə dayanıqlılıq və fermer mərkəzli yanaşma üzrə təcrübəsi təqdim edilib
27 Aprel 2026