Bu il respublikada 3405 hektar ərazidə tütün əkilib
Zaqatalada yerləşən Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Tütünçülüyün mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi keçirilib.
Müşavirədə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev bildirib ki, tütünçülük ən gəlirli təsərrüfat sahələrindən biridir: “Respublikanın təbii-iqlim şəraiti 1 hektar sahədən 35-37 sentner keyfiyyətli tütün alınmasına imkan verir. Xüsusilə yaz və payız aylarında iqlimin isti olması yüksək keyfiyyətli məhsul alınması üçün əlverişlidir. Ən keyfiyyətli məhsul Şəki-Zaqatala bölgəsində və Naxçıvan Muxtar Respublikasında əldə olunur. Lakin müstəqilliyin ilk illərində bütün sahələrdə baş vermiş tənəzzül tütünçülükdə də özünü göstərib, tütün əkini və istehsalı xeyli azalıb. 2015-ci ilə qədər bu bitkinin əkin sahəsi azalaraq 1,4 min hektara, məhsul istehsalı isə 3,5 min tona qədər düşüb”.
Rafail Quliyev istehsalçılara emal müəssisələrinə satdıqları quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat məbləğində subsidiya verildiyini xatırladıb. Şöbə müdiri 2017-ci ildə isə ölkədə 3257 hektarda tütün əkildiyini deyib, əkin sahələrinin 92.7 faizinin, yığılmış məhsulun isə 95.5 faizinin Şəki-Zaqatala iqtisadi rayonunun payına düşdüyünü bildirib. 2018-ci ilin iyununa olan məlumata əsasən isə respublikada tütünün əkin sahəsi 3405 hektara çatdırılıb.
Zaqatala rayon icra hakimiyyətinin başçısının müavini, qurumun sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Şəfizadə, Zaqatala rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Xalis Mahalov,” Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayilov, Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının prezidenti Telman Həsrətov, Əkinçilik Elmi Tədqiqat İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Bəhlul Abbasov, “Azərtütün” MMC-nin direktor müavini Mustafa Məmmədov və fermerlər tütünçülük sahəsində mövcud durumu təhlil edib, bu sahədə aradan qaldırılması zəruri olan problemlər barədə fikir mübadiləsi aparıblar.
Müşavirə zamanı fermerlər əsasən qurutma kameralarının azlığından şikayətlənib, sənədləşmə işlərinin sadələşdirilməsinə köməklik göstərilməsini xahiş ediblər. Bundan başqa xəstəlik və zərərvericilərə qarşı daha keyfiyyətli dərmanlara ehtiyac olduğu, kalium-sulfat gübrəsinə tələbatın artması, texnikaların azlığı, mexanikləşmə məsələlərində ən yeni texnologiyaların tətbiqinin zəruriliyi kimi məsələlər gündəmə gətirilib.
Müzakirələrdə Şəki şəhərindən fermer Nurəddin İbrahimov, “Azərtütün” MMC-nin aqronomu Hacı Hacıyev, Zaqataladan olan fermer Xuraman İbiyeva müşavirə iştirakçılarına suallar ünvanlayıb, problemlərdən çıxış yollarına dair fikirlər səsləndiriblər. Aktiv fikir mübadiləsi aparılan müşavirənin sonunda fermer və torpaq mülkiyyətçiləri tərəfindən verilən təkliflər təsnif olunaraq qruplaşdırılıb.
Müşavirədən sonra iştirakçıları tütün sahələrinə baş çəkib, yığım və qurutma prosesi ilə tanış olublar.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024