Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir. Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.
Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər. Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2025-ci ilin sentyabr ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Biləsuvarda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
30 Iyun 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Lerikdə vətəndaşları qəbul edəcək
30 Iyun 2026
Operativ məlumat: Taxıl biçini davam edir, sahələrdən 1 618 893 ton məhsul yığılıb
30 Iyun 2026
AKİA sədri Yalçın Camalov Saatlıda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
30 Iyun 2026
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
29 Iyun 2026