Bu günədək 462 153 hektar sahədə biçin aparılıb, taxıl üzrə orta məhsuldarlıq 35 sentnerə çatıb
Respublikada taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyunun 30-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 48,7 faizində biçin başa çatıb.
Mövsüm ərzində 462 153 hektar sahədə biçin aparılıb, bu sahələrdən 1 618 893 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 sent/ha çoxdur.
İndiyədək mexanizatorlar tərəfindən 122 078 hektar buğda, 340 074 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 485 844 ton buğda, 1 133 049 ton arpa yığılıb. Buğda sahələrinin 26,6 faizində, arpa sahələrinin isə 69,4 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,8 sent/ha, arpa üzrə isə 33,3 sent/ha təşkil edir.
Artıq Ucar rayonunda biçin tam yekunlaşıb, Masallı, Yevlax, Neftçala, Kürdəmir, Göyçay, Biləsuvar, Bərdə, Ağdaş rayonlarında taxıl biçininin həcmi 90 faizi keçib.
Hazırda biçin prosesində 1 585 kombayn iştirak edir. Bunlardan 594 kombayn “Aqroservis” ASC-nin, 991 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (131 kombayn), Cəlilabad (125 kombayn), Ağsu (102 kombayn), Goranboy (60 kombayn), Sabirabad (58 kombayn), Biləsuvar (57 kombayn), Kürdəmir (56 kombayn), Hacıqabul (55 kombayn), Saatlı (49 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.
Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin oktyabr ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
01 Oktyabr 2026
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026