Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) çərçivəsində “İqlimə Davamlı Aqrobiznes: Strategiyanın, investisiyanın və siyasətin uzlaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu, aqrar sahədə fəaliyyət göstərən şirkət və assosiasiyaların nümayəndələri, ekspertlər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, iqlim dəyişikliyi həyatın bütün sahələrinə təsir etdiyi kimi, yeni çağırışlar və imkanlar da yaradır. İqlim dəyişikliyinin aqrar sahədə fəaliyyətə çətinliklərə səbəb olduğunu deyən Muxtar Babayev qeyd edib ki, iqlimə uyğunlaşma ilə yanaşı, yeni çağırışlar fonunda yaranan imkanlar dəyərləndirilməlidir.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, iqlim dəyişikliyi təkcə ekoloji deyil, həm də sosial-iqtisadi məsələdir. İqlim dəyişikliyinin daha çox aqrar sahəyə təsir etdiyini deyən Məcnun Məmmədov vurğulayıb ki, iqlim dəyişikliyi risklərini azaltmaq, su və topraq resurslarından səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyac var. Nazir əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı məqsədilə ardıcıl və sistemli tədbirlər görür, aqrar sahədə dövlət dəstəyi tədbirləri genişləndirilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu isə öz növbəsində ərzaq təhlükəsizliyi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sisteminin yaradılması, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılması, bu istiqamətlərdə qlobal əməkdaşlıq məsələlərinə toxunub. O qlobal çağırışların təsirləri fonunda dayanıqlı aqro-ərzaq sistemlərinin qurulmasının vacib olduğunu, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə kənd təsərrüfatı sahəsinin üzləşdiyi riskləri minimuma endirməyin və aqrar sahədə məhsuldarlığı artırmağın mümkün olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən natiqlər fermerlərə dəstək alətləri və sahibkarlıq təşəbbüslərinin genişləndirilməsi, maliyyə əlçatanlığının təmin olunması, aqrar sahəyə investisiya və digər məsələlər barədə fikirlərini bölüşüb, aqrar sahənin inkişafı ilə bağlı təkliflər səsləndiriblər.
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Xaçmazda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
16 Yanvar 2026
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib
16 Yanvar 2026
Nazir Məcnun Məmmədov İsraildə “Sea the future: II Mavi Qida Təhlükəsizliyi Qlobal Sammiti” çərçivəsində keçirilən Nazirlər Panelində çıxış edib
15 Yanvar 2026
Nazir Məcnun Məmmədov Qana Respublikasının balıqçılıq və akvakulturanın inkişafı naziri Emeliya Arturla görüşüb
15 Yanvar 2026
Azərbaycan nümayəndə heyəti İsrailin akvakultura və innovasiyalar sahəsində aparıcı mərkəzlərinin fəaliyyəti ilə tanış olub
14 Yanvar 2026