Masallıda kənd təsərrüfatının inkişafı, istehsal və emal imkanlarının genişləndirilməsi istiqamətində sahibkar və fermerlər tərəfindən bir sıra təşəbbüslər reallaşdırılır. Rayonda fəaliyyət göstərən təsərrüfatlarda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı çərçivəsində görülən işlər diqqət mərkəzində saxlanılır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri və digər rəsmilər rayondakı iri fermer təsərrüfatları və emal müəssisələrində mövcud vəziyyətlə tanış olublar.
Məlumat verilib ki, “Hacıoğlu 2023” şirkəti məhsulların istehsalı və qablaşdırılması prosesini genişləndirmək məqsədilə yeni texnoloji avadanlıqlar quraşdırıb. “Baba bulağı” şirkəti isə çayçılığın inkişafı istiqamətində əkin sahələrini genişləndirib.
Fermerlər Əbdül İsmayılov və Cəsarət Əzizov soyuducu anbarın inşası üçün zəruri tikinti panelləri və soyutma sistemləri tədarük ediblər. “Sehrəngah” şirkəti mini çay fabriki üçün müvafiq qurğular alıb, həmçinin yeni salınacaq bağ sahəsi üçün böyürtkən tingləri gətizdirib.
Görüşlərdə aqrar sahənin inkişafı ilə bağlı ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş prioritetlərin Masallı üçün də əhəmiyyəti vurğulanıb. Dövlət Proqramının kənd təsərrüfatında müasir və innovativ yanaşmaların tətbiqinə, istehsal və emal imkanlarının genişləndirilməsinə, aqrar sahədə dəyər zəncirinin inkişafına və fermerlərə dəstəyin gücləndirilməsinə xidmət etdiyi qeyd olunub.
Sahibkar və fermerlər Dövlət Proqramının qarşıya qoyduğu hədəflərin onların fəaliyyəti üçün əlavə stimul yaratdığını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
ABŞ-da aqrar təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
21 Noyabr 2026
Kürdəmir rayonunda Dövlət Proqramının icrası ilə bağlı aqroparklarda və iri fermer təsərrüfatlarında monitorinq keçirilmişdir
21 Noyabr 2026
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Culfada vətəndaşları qəbul edəcək
20 Noyabr 2026
Azərbaycan-NASDA əməkdaşlığının perspektivləri müzakirə edilib
20 Noyabr 2026
Qaxda aqrar sahə üzrə investisiya layihələrinin icra vəziyyəti ilə tanışlıq olub
20 Noyabr 2026