Kənd Təsərrüfatı Nazirliyində Belarus kənd təsərrüfatı və ərzaq nazirinin I müavini Aleksandr Lomskiyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov bildirib ki, iki ölkə arasında bütün sahələrdə, o cümlədən aqrar sahədə əməkdaşlıq dinamik inkişaf edir. Nazir müavini əlavə edib ki, Belarus iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də Azərbaycanın əsas tərəfdaşlarından biridir.
Tərəflər Azərbaycan ilə Belarus arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, aqrar şəhərciklərin salınması və idarə olunması, aqrar sənaye komplekslərinin yaradılması, heyvandarlıq sahəsində əməkdaşlıq, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Görüşdə işğaldan azad olunan ərazilərdə yenidənqurma və bərpa işlərinin sürətlə davam etdiyi diqqətə çatdırılıb, kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində Azərbaycanın dost ölkələrlə əməkdaşlığa hazır olduğu qeyd olunub. Bildirilib ki, bu ilin oktyabrın 3-də imzalanan “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” iki ölkə arasında aqrar sahədə əlaqələrin inkişafına xidmət edəcək.
Səmimi qəbula görə təşəkkürünü bildirən Belarus kənd təsərrüfatı və ərzaq nazirinin I müavini Aleksandr Lomskiy ölkəsinin Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verdiyini vurğulayıb. Nazir müavini iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın artan temp üzrə inkişaf etdiyini bildirib.
Görüş zamanı kənd təsərrüfatı sahəsində Azərbaycan-Belarus İşçi Qrupunun fəaliyyəti müzakirə olunub. Qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Tərəflər Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və “Belagro” sərgilərinin qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət etdiyini ifadə ediblər.
Görüşdə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib
29 Dekabr 2024
Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və fermerlərə orden və medallar təqdim edilib
29 Dekabr 2024
Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
28 Dekabr 2024
Nazir Məcnun Məmmədov Misirin Azərbaycandakı səfiri ilə görüşüb
28 Dekabr 2024
AFAQ layihəsi çərçivəsində Ağsu, Şəki və Tərtər rayonlarında qadın fermerlərə dəstək göstərilib
24 Dekabr 2024