Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin kollektivi 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib. Ümummili Liderin xatirəsini yad edən kollektiv üzvləri abidənin önünə gül dəstələri düzüblər. Nazirliyin kollektivi həmçinin Heydər Əliyev Muzeyini ziyarət edib, Ümummilli Liderin fəaliyyətini əks etdirən tarixi sənəd və eksponatlarla tanış olublar.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini icra edən Xəyalə Dadaşova iştirakçıları peşə bayramı münasibətilə təbrik edib. Xəyalə Dadaşova bildirib ki, fermerlərin fəaliyyəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilir və dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin orden və medallarla təltif olunması barədə Sərəncam imzalayıb. Təltif olunan şəxslər arasında Naxçıvan Muxtar Respublikasından olan fermerlər də var. Xəyalə Dadaşova Cənab Prezidentin Sərəncamı ilə təltif olunan fermerləri təbrik edib və onlara fəaliyyətlərində uğurlar diləyib.
Tədbirdə çıxış edən natiqlər ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılan aqrar islahatların əhəmiyyəti, fermerlərin rifah halının yaxşılaşdırılması, kənd təsərrüfatı istehsalı vasitələrinə əlçatanlığın təmin olunması istiqamətində görülən işlər, aqrar sahəyə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində atılan addımlar barədə fikirlərini bölüşüblər.
Tədbirin sonunda bir qrup fermer və Nazirliyin əməkdaşlarına Fəxri Fərmanlar təqdim olunub.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib
29 Dekabr 2024
Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və fermerlərə orden və medallar təqdim edilib
29 Dekabr 2024
Nazir Məcnun Məmmədov üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
28 Dekabr 2024
Nazir Məcnun Məmmədov Misirin Azərbaycandakı səfiri ilə görüşüb
28 Dekabr 2024
AFAQ layihəsi çərçivəsində Ağsu, Şəki və Tərtər rayonlarında qadın fermerlərə dəstək göstərilib
24 Dekabr 2024