Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, 2023-cü ilin sentyabr ayından başlayaraq Nazirliyin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür.
Vətəndaş qəbulu qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2025-ci ilin aprel ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafiki təqdim edirik:
Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayır
07 Aprel 2025
Ağdaşda Aqrar Biznes Festivalı keçirilib
07 Aprel 2025
2025-ci ildə çiyələk əkinlərinin sığortalanmasına start verilib
04 Aprel 2025
Nazir Məcnun Məmmədov Moldovanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Aprel 2025
Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşları aqrar inkişaf könüllülərinə aqrodata mövzusunda təlimlər keçib
02 Aprel 2025