“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı Aqrar Tədqiqatlar Mərkəzinin təşkilati dəstəyi ilə Gəncə Avtomobil Zavodu və “Azmaş Lizinq”in birgə əməkdaşlığı çərçivəsində “AqroData” layihəsi həyata keçirib. Layihənin əsas hədəfi data analitikasının kənd təsərrüfatında rolunu izah etmək, bu sahədə bilik və bacarıqları artırmaq, eləcə də innovativ yanaşmaları təşviq edərək aqrar sahədə daha effektiv həllərin tətbiqinə töhfə verməkdir. Bu məqsədlə aqrar inkişaf könüllülərinə təlimlər keçilib.
Bir neçə gün davam edən təlimlərdə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov “Xətti proqramlaşdırma modelləri” mövzusunda təqdimatla çıxış edib, könüllülərin suallarını cavablandırıb.
Mərkəzin direktorunun müşaviri Pərviz Əliyev isə layihə çərçivəsində iki təqdimatla - “Kənd təsərrüfatı sahəsində dövlət tənzimlənməsinin effektivliyinin qiymətləndirilməsinə yanaşmalar” və “Ümumi və qismi tarazlıq modelləri vasitəsilə aqrar sahənin inkişafının ssenarilər üzrə qiymətləndirilməsi metodologiyaları” mövzularında təqdimatlarla çıxış edib. Bu təlimlərdə iştirakçılar aqrar sahədə dövlət tənzimlənməsinin effektivliyinin qiymətləndirilməsi metodları, eləcə də aqrar sahədə tarazlıq modellərinin tətbiqi, ssenari əsaslı qiymətləndirmə metodları və optimal qərarvermə üzrə yeni biliklər qazanıblar.
Aqrar Tədqiqatlar Mərkəzinin Analitika departamentinin Diaqnostika və strateji planlaşdırma bölməsinin aparıcı mütəxəssisi Röyalə Alışzadə də “Data analitikası” modulu çərçivəsində iki təqdimatla - “Data analitikası nədir? Data bu gün niyə əhəmiyyətlidir?”, həmçinin “Əsas data tipləri, statistik anlayışlar, nümunə və nümunənin seçildiyi qrup, kateqorik dəyişənləri vizuallaşdırma” mövzularında təqdimatlarla çıxış edib. Bu sessiyalar sayəsində könüllülər kənd təsərrüfatında məlumatların analiz olunması, statistik metodlardan istifadə və data əsaslı qərarvermə prosesi ilə tanış olublar, nəzəri və praktiki biliklər əldə ediblər.
Təlimin praktiki hissəsində iştirakçılar müxtəlif məlumat dəstləri üzərində təcrübələr keçiblər.
Azad olunmuş ərazilərdəki yaylaqlara köçlə bağlı qeydiyyat başlayır
07 Aprel 2025
Ağdaşda Aqrar Biznes Festivalı keçirilib
07 Aprel 2025
2025-ci ildə çiyələk əkinlərinin sığortalanmasına start verilib
04 Aprel 2025
Nazir Məcnun Məmmədov Moldovanın Azərbaycandakı səfiri ilə görüşüb
03 Aprel 2025
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin apreldə bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
02 Aprel 2025