Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən bitkilərin zərərvericilərdən mühafizəsi məqsədilə həyata keçirilən tədbirlər ardıcıl olaraq davam etdirilir. Hazırda proses çərçivəsində Lənkəran rayonunun Nərimanabad, Üzümçülük, Liman, Port, Şirinsu, Boladi və Zövlə kəndlərinin ərazilərində Amerika ağ kəpənəyinə qarşı mübarizə işləri aparılır.
Mütəxəssislərin apardığı davamlı müşahidələr nəticəsində zərərvericinin ocaqları müəyyənləşdirilmiş və vaxtında müdaxilə təmin olunmuşdur. Zərərvericinin arealının genişlənməsinin qarşısını almaq və bitki sağlamlığını qorumaq üçün ümumilikdə 500 hektar ərazidə müvafiq tədbirlər görülür. Xüsusi texnika və təsirli preparatların tətbiqi ilə həyata keçirilən çiləmə işlərində əsas hədəf bitkilərə ciddi ziyan vuran bu zərərvericinin populyasiyasını əhəmiyyətli dərəcədə azaltmaqdır.
Qeyd edək ki, Amerika ağ kəpənəyi həm meyvə, həm də meşə ağacları üçün böyük təhlükə yaradan zərərvericilərdən biridir. Onun vaxtında aşkarlanması və məhv edilməsi məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatı məhsullarının keyfiyyətinin qorunmasında vacib şərtdir. Aqrar Xidmətlər Agentliyi tərəfindən bitki mühafizəsi istiqamətində başlanılan bu kimi profilaktik tədbirlər mövsüm ərzində davam etdiriləcək.
Kəlbəcərdə Bal Festivalı keçirilib
12 Sentyabr 2026
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
10 Sentyabr 2026
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026