Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 8-9 fevral tarixlərində Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada ümumilikdə 20 regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. 2 gün müddətində, saat 9:00-dan 19:00-dək təşkil olunacaq yarmarkada fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır. “Kənddən Şəhərə” yarmarkasında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.
Qeyd edək ki, satışa çıxarılacaq məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
14 Mart 2025
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Yevlaxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
13 Mart 2025
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Salyanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
13 Mart 2025
Tovuzda “Aqrar sahədə fəaliyyət göstərən kooperativlərin inkişafı” Forumu keçiriləcək
12 Mart 2025
Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə “Azərbaycanda kənd təsərrüfatı” mövzusunda fotomüsabiqə keçiriləcək
12 Mart 2025